Azərbaycan səfiri etimadnaməsini İrlandiya Prezidentinə təqdim edib - FOTO

Azərbaycan səfiri etimadnaməsini İrlandiya Prezidentinə təqdim edib - FOTO

Hazırda oxunan: Azərbaycan səfiri etimadnaməsini İrlandiya Prezidentinə təqdim edib - FOTO

101567

Azərbaycanın İrlandiyada akkreditə olunmuş səfiri Elin Süleymanov etimadnaməsini İrlandiya Prezidenti Maykl Higginsə təqdim edib. 

Bizim.Media Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinə istinadən xəbər verir ki, həmin gün İspaniya Krallığının və Kot-d’İvuar Respublikasının İrlandiyadakı səfirləri də etimadnamələrini Prezidentə təqdim ediblər. Protokola uyğun olaraq səfirlər xüsusi avtomobil və motosiklet müşayiəti ilə Prezident iqamətgahına gətiriliblər. 

Görüşün əvvəlində səfir, Prezident İlham Əliyevin salamlarını və dost İrlandiya xalqına ən xoş arzularını Prezident Maykl Higginsə çatdırıb. 

E.Süleymanov ölkə başçısı tərəfindən Azərbaycanın İrlandiyada səfiri təyin olunmasından və Azərbaycanı təmsil etməsindən şərəf hissi keçirdiyini söyləyərək yeni vəzifəsində münasibətlərin daha da dərinləşməsinə və möhkəmləndirilməsinə çalışacağını bildirib. 

Prezident Maykl Higgins Prezident İlham Əliyevə təşəkkür edərək, onun da salamlarını və ən xoş arzularını Azərbaycan Prezidentinə və xalqına çatdırmağını xahiş edib.

O, həmçinin səfir Elin Süleymanova fəaliyyətində uğurlar arzu edib. Söhbət əsnasında, Prezident Maykl Higgins son illər ərzində Azərbaycanla İrlandiya arasında münasibətlərin daha da genişləndirilməsinə və Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasına ümidlərini ifadə edib. 

Qəbulun sonunda İrlandiya Prezidentinin iqamətgahında rəsmi orkestr Azərbaycan Dövlət Himnini səsləndirib. 

Səfər çərçivəsində səfirlik nümayəndələri İrlandiya Xarici İşlər Nazirliyində, parlamentdə və digər qurumlarda görüşlər keçirib. Eyni zamanda, İrlandayada yaşayan bəzi Azərbaycan icma üzvləri ilə görüşlər keçirilib. 

Qeyd edək ki, Azərbaycanın Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi eyni zamanda, Azərbaycan Respublikasının Danimarka Krallığı, İslandiya Respublikası və İrlandiyada akkreditə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO