“Rusiya və Türkiyənin üst-üstə düşən qarşılıqlı maraqları var” - Putin 

“Rusiya və Türkiyənin üst-üstə düşən qarşılıqlı maraqları var” - Putin 

Hazırda oxunan: “Rusiya və Türkiyənin üst-üstə düşən qarşılıqlı maraqları var” - Putin 

101525

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan güclü lider və ölkəsinin maraqlarını rəhbər tutan etibarlı tərəfdaşdır”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib. 

“O, ilk növbədə və ya bəlkə də müstəsna olaraq Türkiyənin, türk xalqının maraqlarını və Türkiyə iqtisadiyyatının maraqlarını rəhbər tutan güclü, möhkəm liderdir. Bu, onun enerji məsələlərində, “Türk axını”nın tikintisi ilə bağlı mövqeyini böyük ölçüdə izah edir”- deyə, Putin qeyd edib. 

O, həmçinin qeyd edib ki, Rusiya və Türkiyənin bir çox üst-üstə düşən vektorları və qarşılıqlı maraqları var:

“İndi biz avropalı istehlakçılar üçün Türkiyədə qaz qovşağı yaratmağı təklif etmişik. Türkiyə tərəfi də təbii ki, ilk növbədə öz maraqlarına əsaslanaraq razılaşdı”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO