Zakir Həsənov \

Zakir Həsənov \"SAHA EXPO 2022\"də müasir silah və döyüş texnikası nümunələri ilə tanış olub - FOTO

Hazırda oxunan: Zakir Həsənov \"SAHA EXPO 2022\"də müasir silah və döyüş texnikası nümunələri ilə tanış olub - FOTO

101120

Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də İstanbul şəhərində təşkil edilən "SAHA EXPO 2022" müdafiə, aerokosmik və kosmik sənaye sərgisinin açılış mərasimində iştirak edib. 

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, nazir sərgidə "Roketsan", "TUSAŞ", HAVELSAN, BAYKAR, TUALCOM və ASELSAN şirkətlərinin rəhbər heyətləri ilə görüşüb, nümayiş etdirilən müasir silah və döyüş texnikası nümunələri ilə tanış olub. 

Qeyd edək ki, sərgidə Türkiyənin milli müdafiə naziri Hulusi Akar, eləcə də qardaş ölkənin və digər ölkələrin bir sıra dövlət və hökumət rəsmiləri də iştirak edib. 

Bizim.Media


















 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO