Sentyabrın 13-dən bu günə kimi hərbçilərimiz İrana məxsus 273 “Şahed-136” kamikadze pilotsuz təyyarəsini vurub. Eyni zamanda, Rusiya Ukraynaya qarşı digər PUA-lardan da istifadə edir.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığının spikeri Yuri İqnat deyib.
İqnatın sözlərinə görə, Rusiya Ukraynaya qarşı İranın iki PUA-sının modifikasiyasından istifadə edir: 136 və 131.
“Sonuncu digər modeldən kiçikdir və kiçik döyüş başlığına malikdir. Bununla belə, kamikadze dronları kritik nöqtəni vura bilir. Eyni zamanda Ukrayna Silahlı Qüvvələri daha 4 Mohajer-6 hücum pilotsuz təyyarəsini vurub. Onlardan biri normal vəziyyətdədir, hazırda mütəxəssislər tərəfindən araşdırılır”, deyə o, qeyd edib.
Bizim.Media