Ukraynanın hər yerində hava xəbərdarlığı elan edildi

Ukraynanın hər yerində hava xəbərdarlığı elan edildi

Hazırda oxunan: Ukraynanın hər yerində hava xəbərdarlığı elan edildi

100598

Bu gün səhər saatlarında Ukraynanın hər yerində hava xəbərdarlığı elan edilib. 

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bir neçə rayonda partlayış səsləri eşidilib. 

Nikolayev vilayəti Hərbi Administrasiyasının rəhbəri Vitali Kimin sözlərinə görə, Rusiya raketləri cənub istiqamətindən buraxılıb. 

"Raketlər bizdən yan keçib. Yəqin ki, ölkənin qərb və mərkəzi hissələrinə düşüb", - o deyib. 

Eyni zamanda, Hərbi Administrasiyanın rəhbəri Oleksiy Kuleba Kiyev vilayətində hava hücumundan müdafiə sisteminlərinin (HHM) işə salındığını bildirib. 
"Sığınacaqlardan çıxmayın. HHM sistemlərini, düşmən obyektlərini və onların düşməsini əks etdirən foto və videoçəkiliş qadağasını unutmayın. Özünüzə diqqət edin və sakit olun!", - O.Kuleba vurğulayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO