“Azərbaycan Ordusunun bütün ehtiyacları təmin ediləcək” – Hulusi Akar

“Azərbaycan Ordusunun bütün ehtiyacları təmin ediləcək” – Hulusi Akar

Hazırda oxunan: “Azərbaycan Ordusunun bütün ehtiyacları təmin ediləcək” – Hulusi Akar

100521

“Azərbaycan Ordusunun ehtiyacı olan nə varsa, hamısı təmin ediləcək”.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar report.az-a açıqlamasında deyib.

“Əsas məsələ Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinin minimum ehtiyaclarını təmin etməsidir. Bunların bir qisminin Azərbaycanda istehsalı, digər bir qisminin isə Azərbaycana gətirilməsi, tədarükü müzakirə mövzusudur”, – deyə o bildirib.

H.Akar deyib ki, bu mövzuda işlərimiz çox uğurlu davam edir: 

“Yaxın günlərdə irəli addımlar atılacaq. Azərbaycan Ordusunun ehtiyacı olan nə varsa, bütün hamısı təmin ediləcək. Azərbaycan daha təhlükəsiz olacaq”

O qeyd edib ki, əsas məsələ Azərbaycanın müdafiəsidir:

“Ordu müdafiənin arzu edilən səviyyədə olması deməkdir. Ordu üçün bir tərəfdən logistika, digər tərəfdən hərbçilər var. Bu baxımdan quru və hava silahları, dənizdə istifadə edilən silahlar var. Biz bu məsələ üzərində intensiv işləyirik, əməkdaşlıq edirik, tərəfdaşlığımız davam edir. 

Əlimizdən nə gəlirsə, başqa məsələlərdə olduğu kimi, bu mövzuda da azərbaycanlı bacı-qardaşlarımızı dəstəkləməyə davam edirik. Bütün bunların hamısını uğurlu şəkildə reallaşdırsaq, birlikdə işlərimiz olacaq. Təbii ki, zamana bağlı mövzular var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO