Şamil Ayrımın səhhəti ilə bağlı ÖZƏL AÇIQLAMA – “Qabırğasında çat var”

Şamil Ayrımın səhhəti ilə bağlı ÖZƏL AÇIQLAMA – “Qabırğasında çat var”

Hazırda oxunan: Şamil Ayrımın səhhəti ilə bağlı ÖZƏL AÇIQLAMA – “Qabırğasında çat var”

100502

“Qabırğasında çat var. Biz hazırda Ankaradayıq. Millət vəkili Şamil Ayrım İstanbul Çamlık Xəstəxanasında müayinə olunacaq”. 

Bunu Bizim.Media-ya özəl açıqlamasında millət vəkili Şamil Ayrımın köməkçisi Cem Ayrım bildirib. 

O qeyd edib ki, müayinədən sonra isə Şamil Ayrımın sağlıq durumu ilə bağlı daha geniş məlumat veriləcək. 

Qeyd edək ki, ötən gün Binəli Yıldırım, onun mühafizəçisi Oğuzhan Dəmirçi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşmüşdü. Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilmişdi. 
Bu gün Prezident İlham Əliyev Mərkəzi Klinik Xəstəxanaya gələrək ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırıma, millət vəkili Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə baş çəkib. 

Mətanət Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO