\

\"Facebook\"dan İsrail Baş nazirinə xəbərdarlıq

Hazırda oxunan: \"Facebook\"dan İsrail Baş nazirinə xəbərdarlıq

10046

Facebook İsrail Baş naziri Netanyahunun koronavirusla bağlı paylaşımına xəbərdarlıq edib.

Bizim.Media "CNN"ə istinadən xəbər verir ki, Netanyahu vaksinasiya məsələsini irəli çəkərək yenidən seçilmək üçün kampaniya xarakterli paylaşımlar edib.

Facebookda koronavirus haqqında məlumat almaq istəyən və bu informasiya xarakterli linkə girən İsrail vətəndaşları Netanyahunun ismarıcı ilə qarşılaşıb:

 

MÖVZU İLƏ BAĞLI:

“Facebook”da problem yarandı – Səhər saatlarında


"Əgər ailənizdə və dostlarınız arasında 60 yaşdan çox yaşı olan vaksin qəbul etməyən şəxslər varsa mənə adlarını və telefon nömrəsini yazın, zəng edib onları inandıracam".

Bu mesaja qarşılıq olaraq Facebook nümayəndəsi bildirib ki, insanların tibbi məlumatlarını kiməsə ötürmək qaydalarımıza ziddir. Buna görə də Baş nazirin "Facebook" ismarici bağlanıb.

Netanyahu isə açıqlamasında "Mənim məqsədim Yəhudi xalqını vaksinasiya üçün ruhlandırmaq olub" deyib.

Baş nazirin üzv olduğu partiya "Biz vaksini təbliğ edirik ki, hər kəs peyvənd olunsun və ölkəmiz iqtisadiyyatını dünyaya açan ilk ölkə olsun. Biz həmçinin vaksinasiya kampaniyasını növbəti seçkilər üçün indidən başlamışıq",- deyə bildirib.

Vüqar Ağamalıoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO