Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Twitter” hesabında Liz Trassın Böyük Britaniya Baş naziri postundan istefası ilə bağlı tvit yazıb.
Bizim.Media xəbər verir ki, Medvedev tvitində “Sağ ol Liz Trass. Kahı üçün təbriklər” – deyə qeyd edib.
“SpaceX”in yaradıcısı İlon Mask Medvedevin tvitinə cavab verərək Rusiyanın keçmiş prezidentinin kahı ilə bağlı zarafatını yüksək qiymətləndirib və istehza ilə ona rus qoşunlarının Baxmutdakı mövqeyini xatırladıb.
Dmitri Medvedev isə öz növbəsində İlon Maska cavab verərək, onu Moskvaya dəvət edib: "Qələbə günü Moskvada görüşərik".
Qeyd edək ki, Baxmut məsələsində söhbət Amerikada yerləşən Müharibənin Tədqiqi İnstitutunun (ISW) çıxardığı nəticələrdən gedir. Belə ki, analitiklər RF Silahlı Qüvvələrinin Xarkov və Xerson vilayətlərindəki məğlubiyyətlər fonunda qələbəni təsvir etmək üçün Baxmut istiqamətində uğurları simulyasiya etdiyini irəli sürürlər.
Həmçinin bildirək ki, Böyük Britaniyanın baş naziri Liz Trass 6 həftəlik fəaliyyətindən sonra istefa verib. İstefa açıqlamasından sonra internet istifadəçiləri “Daily Star”ın yayımında kahının “qələbəsini” qeyd ediblər.
Belə ki, zarafat müəllifləri kahıya sarışın parik və eynək taxaraq onu Trassa bənzədirdilər.
İzləyicilər isə kahının necə çürüdüyünü izləyə bilib. Sosial mediada insanlar Liz Trassın baş nazir postunda masanın üstündəki kahıdan daha uzun müddət qalıb-qalmayacağı ilə maraqlanırdılar.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:28 / 21.10.2022
Medvedevdən İlon Maskın istehzasına CAVAB - "Qələbə günü Moskvada görüşərik"
Hazırda oxunan: Medvedevdən İlon Maskın istehzasına CAVAB - "Qələbə günü Moskvada görüşərik"
Hazırda oxunan: Medvedevdən İlon Maskın istehzasına CAVAB - "Qələbə günü Moskvada görüşərik"
100441
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.