Fransadakı səfirliyimizə hücuma görə SAXLANILAN VAR 

Fransadakı səfirliyimizə hücuma görə SAXLANILAN VAR 

Hazırda oxunan: Fransadakı səfirliyimizə hücuma görə SAXLANILAN VAR 

100241

Fransada Azərbaycan səfirliyinə hücum edən şəxslərdən biri saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə fransız tarixçi Maksim Qauin "Twitter" hesabında bildirib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında Paris polisi Daşnaksütyun erməni inqilabi federasiyasının Fransadakı gənclər şöbəsinin keçmiş sədri, 2015-ci ildə “Charjoum” dissident qrupunun yaradıcılarından biri olan Loris Tufanyanı həbs edib.

"Yəqin ki, həbs Azərbaycan səfirliyindəki mədəniyyət mərkəzinə qarşı aksiya ilə bağlıdır", - M.Qauin deyib.

Qeyd edək ki, bu ilin sentyabrında erməni radikal qruplaşması Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət mərkəzinə basqın etməyə cəhd göstərib.

Ermənilər mədəniyyət mərkəzinin binasına boya atıblar və polisin müdaxiləsindən sonra təxribatçılar hadisə yerindən uzaqlaşdırılıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO