Bakı-Qazax yolunda yük maşını aşdı

Bakı-Qazax yolunda yük maşını aşdı

Hazırda oxunan: Bakı-Qazax yolunda yük maşını aşdı

99928

Şəmkirdə yük maşını qəzaya uğrayıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə,  Bakı-Qazax magistral yolunun Şəmkir rayonu Əliyaqublu kəndindən keçən hissəsində hərəkətdə olan "Mercedes" markalı yük maşınının sürücüsü idarəetməni itirib.

Nəticədə yük avtomobili yoldan çıxaraq aşıb. Şahidlər deyirlər ki, qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO