Daxili İşlər Nazirliyi (DİN) oğurluq metal əşyalarının metal qəbulu məntəqələrinə satılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.
Bizim.Media-nın xəbərinə görə, DİN-in mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, daxil olan müraciətlərə polis dərhal və çevik reaksiya verir.
O, bildirib ki, oğurlanan metal əşyaların qəbulu məntəqələrinə mütamadi baxış keçirilir:
“Əgər metal qəbulu məntəqələrində hər hansı oğurlanmış əşya aşkarlanarsa, maddi sübut kimi götürülür. Fakt üzrə aparılan araşdırmalar çərçivəsində metal qəbulu məntəqələrinin fəaliyyəti ilə məşğul olan şəxsin təqsiri sübuta yetirilərsə, məsuliyyətə cəlb edilir”.
''Tövsiyə edirik ki, bu sahədə fəaliyyət göstərən şəxslər şübhə doğuran metal əşyaları qəbul etməsinlər''.
''Bu barədə vətəndaşlıq nümunəsi göstərərək polisi məlumatlandırsınlar”, - E.Hacıyev bildirib.
İltifat, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:36 / 28.01.2021
Oğurluq metal əşyalar qəbul məntəqələrində satlır? - DİN-dən cavab
Hazırda oxunan: Oğurluq metal əşyalar qəbul məntəqələrində satlır? - DİN-dən cavab
Hazırda oxunan: Oğurluq metal əşyalar qəbul məntəqələrində satlır? - DİN-dən cavab
9980
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.