Bu günlərdə sosial şəbəkələrdə Gədəbəy rayonunun girişində bir nəfər orta yaşlı oğlanın odlu silahdan atəş açması ilə bağlı video yayımlanıb. Həmin video cəmiyyətdə bir mənalı qarşılanmayıb.
Məsələ ilə bağlı Bizim.Media-nın yerli bürosu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovla əlaqə saxlayıb.
O, sosial şəbəkələrdə sözügedən videogörüntülər paylaşıldıqdan sonra dərhal Gədəbəy rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlandığını söyləyib:
“Keçirilən müəyyən əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, videodakı şəxs Gədəbəy rayon Arıxdam kənd sakini 1986-cı il təvəllüdlü Tural Məmmədovdur və o, hazırda ölkə xaricindədir. Faktla bağlı araşdırmalara başlanılıb. Hazırda həmin şəxsin istintaqa cəlb edilməsi istiqamətində işlər davam etdirilir” deyə Eşqin Qasımov əlavə edib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:29 / 17.10.2022
DİN: Havaya atəş açan Gədəbəy sakini ilə bağlı araşdırma başlandı - VİDEO
Hazırda oxunan: DİN: Havaya atəş açan Gədəbəy sakini ilə bağlı araşdırma başlandı - VİDEO
Hazırda oxunan: DİN: Havaya atəş açan Gədəbəy sakini ilə bağlı araşdırma başlandı - VİDEO
99640
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.