Azərbaycanda iş adamı qızıl mağazasında BIÇAQLANDI

Azərbaycanda iş adamı qızıl mağazasında BIÇAQLANDI

Hazırda oxunan: Azərbaycanda iş adamı qızıl mağazasında BIÇAQLANDI

99430

Mingəçevirdə bıçaqlanma hadisəsi olub.

Bizim.Media Lent.az-ın məlumatına istinadən xəbər verir ki, mübahisə zamanı 23 yaşlı Ağdam rayon sakini Orxan Cəfərov 39 yaşlı Maarif Əzimovun ayağına bıçaqla xəsarət yetirib.

Əldə etdiyimiz məlumata görə, Orxan Cəfərov bir neçə gün əvvəl Mingəçevir şəhərindəki qızıl mağazalarından birinə boyunbağı satıb.

Dünən isə anası ilə birgə həmin boyunbağını geri almağa gəliblər. Mağazanı işlədən şəxs isə iddialara görə, həmin boyunbağını deyil, başqasını təqdim edib. Bundan sonra tərəflər arasında mübahisə başlayıb və Orxan söyüş işlədib.
Söyüşdən sonra yan mağazanın sahibi Maarif Əzimov Orxana irad tutub və mübahisə daha da gərginləşib. Nəticədə Orxan Maarifin ayağına bıçaq zərbəsi vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisəni törədən Orxan Cəfərov şübhəli şəxs qismində saxlanılıb və hazırda faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində zəruri istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO