Magistral kəmərdəki qəza su təchizatına təsir göstərməyəcək - RƏSMİ - VİDEO

Magistral kəmərdəki qəza su təchizatına təsir göstərməyəcək - RƏSMİ - VİDEO

Hazırda oxunan: Magistral kəmərdəki qəza su təchizatına təsir göstərməyəcək - RƏSMİ - VİDEO

99397

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza əhalinin fasiləsiz içməli su ilə təchizatına ciddi təsir göstərməyəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Lökbatanda yolu su basdı, hərəkət çətinləşdi - VİDEO 


Onun sözlərinə görə, hazırda bu xətt üzrə “Azərsu” ASC-nin iki xətti fəaliyyət göstərir:

“Digər magistral xətt üzrə dayanıqlı və fasiləsiz su verilir. Hazırda Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və " Azərsu" ASC birlikdə tədbirlər görür”. 

Xatırladaq ki, magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO