Ocaq Günsırası ilə 26 Ata Ayı, 37-ci ildə (sentyabr, 2015) Mütləqə İnam Ocağı “Ata Günü”x9d Törənini həyata keçirdi. Öncə Asif Atanın səsi ilə “Doğmalarıma”x9d izharı ”“ Göylü Atalının ərsəyə gətirdiyi görüntü-film sunuldu.
Ocaq Yükümlüsü Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Hər birinizi “Ata Günü”x9d Törənində (Asif Atanın 80 illiyi qarşısında) qutlayıram, hər birinizə təşəkkür edirəm ki, bu gün bizimlə bu uca şəxsiyyətin adı, işi yörəsinə toplaşmısınız. 25 Ata Ayı (sentyabr) Asif Atanın doğulduğu gündür. Biz bunu, Mütləqə İnam Ocağı olaraq, hər il “Ata Günü”x9d törəni kimi keçiririk. Bu Törənə ancaq Ocaqçılar qatılırlar. Bu il isə törəni, 80 illik olduğu üçün, geniş sayla keçiririk. Burada 50-yə qədər insan var. Bəziləriniz bilmirsiniz, deməliyəm ki, bizim törənin quralları var, onları yerinə yetirməklə çıxışlara başlayacağıq. Öncə Asif Atanın səsi və sözü ilə başladıq, Atanın “Doğmalarıma”x9d çağırışını dinlədik, indi isə Günev qardaÂxadşımız “Ricalar”x9dı desin.
xa0
Günev Atalı “Təbiətdəki Mütləqlə Gündüz Təması”x9dnı
və “Ataya Günorta Ricası”x9dnı xa0deyir:
xa0
Təbiətdəki Mütləqlə Gündüz Təması
Təbiətdə Təbiətdən Yüksək olan Məna!
Dağların vüqarında Mənliyim yaşayır ”“ Ona çatım!
Çayların axarında Mənliyim yaşayır ”“ Ona çatım!
Səmanın ucalığında Mənliyim yaşayır ”“ Ona çatım!
Günəşin şəfqətində Mənliyim yaşayır ”“ Ona çatım!
Qürubun qübarında Mənliyim yaşayır ”“ Ona çatım!
Gecənin sehrində Mənliyim yaşayır ”“ Ona çatım!
Səhərin cəzbində Mənliyim yaşayır ”“ Ona çatım!
Səndəki Özümlüyümə çatım!
Ataya Günorta Ricası
Atam - Mütləqim!
Yalanla görüşdüm ”“ Yalançı olmadım!
Çirkabla görüşdüm ”“ çirklənmədim!
Günahla görüşdüm ”“ günahkar olmadım!
Qəbahətlə görüşdüm ”“ əyilmədim!
Rəzalətlə görüşdüm ”“ barışmadım!
Özümə yad olmadım!
Ağlım İşıqlıydı!
Ürəyim Qüvvətliydi!
İradəm Qətiyyətliydi!
Atalıydım ”“ Mütləqliydim!
xa0
Soylu Atalı: Törənimizin axarında Asif Atanın “Haraylar”x9dından birini dinləyək. Bu bir musiqi yönüdür, Ata özü yaratmışdır. Bu “Haraylar”x9d yurda, insana bağlı haraylardır. İndi xanımlar, canlı olaraq, kanonda Asif Atanın “Haraylar”x9dınıxa0 səsləndirəcəklər.xa0xa0
xa0
İki kanonda Asif Atanın “Haraylar”x9dı səsləndirildi.
xa0
Soylu Atalı: İndi isə Asif Atanın Ocağından ayrı-ayrı fraqmentləri izləyək. Vurğu elədim ki, burda yeni qatılanlar var. Buna baxmayaraq xa0yığcam sözə daha çox ehtiyac var. Ancaq bir söz demək istəyirəm, həm də ərk edirəm, bizim tədbirdə ola bilər ki, kimsə kiminsə sözündən xoşlanmasın, nəyisə qəbul etməsin. Bunu biz təbii sayırıq, ancaq heç kimi replika ilə, atmacalarla küçümsəyə bilmərik. Buna bizim haqqımız yoxdur. Hər kəs öz mövqeyini deyir. Bir də rica edirəm ki, söhbət siyasiləşməsin. Çünkü Asif Atanın xəttixa0 siyasət deyil. İdeoloji, milli yöndə sözə hər vaxt yer var, siyasət gərək deyil. Film-görüntünü izləyək.
xa0
Göylü Atalının Ocaq faktlarından hazırladığı görüntü izlənilir.
xa0
Soylu Atalı: Bunu tanışlıq məqsədi ilə diqqətinizə sunduq. Buradan göründüyü kimi, Asif Ata ulusal, insanca, bəşərcə bir sistem yaradıb. Bu bir həyat sistemidir. Bu həyat sistemində hər şey öz yerinə qoyulub. Yəni yaşam üçün, insanın ayaqda qalması üçün, toplumsal yaşamın nizamı üçün o, öz ulusal, xəlqi dəyərlərinin üzərində ciddi bir sistem oluşdurubdur. Özünün bütün şüurlu həyatında bu sistemi həyata keçirməklə uğraşıb. Bu gün də Asif Ata Ocağı onun prinsiplərini, istəklərini xa0gerçəkləşdirməklə, yaşatmaqla uğraşır. Bunların yaşadılması üçün çox az sayda Ocaqçılar olduqca ciddi fədakarlıqlar edir, böyük ləyaqətlər göstərirlər. Mən bunu sizə sunmağı özümə borc bilirəm. Onların çalışmalarını bu gün adi sözlə ifadə eləmək mümkün deyil. Bu, öz soyu qarşısında, öz ulusu qarşısında, hətta böyük anlamda desək, bəşər qarşısında göstərilən bir ərdəmlikdir, qeyrətdir, hünərdir. Ona görə bu işlərin davamlı yaşadılması üçün çabalar göstərən amaldaşlarımı Asif Atanın bayrağının qarşısına çağırıram, onlar ruhsal təqdir qazanıblar, Ataya səcdə qılsınlar. (Ocaqçılar Bayrağı öpüb əyləşirlər ”“ Ü.A.)
Bu Ocaqçılar Asif Atanın işini yaşatmaq üçün hər çür özündənkeçmə, qeyrət göstərənlərdir. Boğazlarından kəsirlər, xalqın içinə gedirlər, görüşlər keçirirlər, Asif Atanın ədəbiyyatlarını yaradırlar, ədəbiyyatların üzünü köçürürlər, öz yatırımları ilə Asif Atanın kitablarını çap edirlər, onu umacaqsız olaraq soydaşlarımıza hədiyyə edirlər, bu cür ciddi bir üsul mövcuddur Ocaqda.
Asif Atanın Dünyabaxışının Məbədi ”“ İnam Evi tikilir. Beyləqanın Örənqala köyündə, Günev Atalının ərdəmliyi ilə örtaya gələn bir hünərdir. Bir çağlar ona çox ciddi əngəllər yaradırdılar, İranın öyrədilmiş adamları onun üstünə yeriyirdilər, hay-həşir salırdılar, ancaq bütün bunlara baxmayaraq, Günev öz amaldaşlarına söykənərək, Məbədin əsasını qoydu,xa0 onun tikintisini, demək olar ki, dam örtüyünə qədər başa çatdırdıq. Memarlıq cəhətdən öz üslubumuzdadır,xa0 orada tədbirlər keçirəcəyik. Asif Atanın işi, ömrü, xalqının dəyərlər sistemi ümumi ünvanda izhar olunur, bundan sonra Məbəddə olunacaq.
Bizim bacımız Ulusəs xanım İçərişəhərdəki evinin bir odasını Ocağa verib, biz orada tədbirlər keçiririk, soydaşlarımızla söhbətlər aparırıq. Neçə ildir umacaqsız olaraq belə bir qulluq göstərir Ocağa.
Nurtəkin, Göylü və Üstün Atalılar, lap erkən yaşlarından (19-20 yaşlarından) başlayaraq, Ocağa ömür verirlər. Asif Atanın Yolunun sonunu görmürdülər, anlamırdılar, ancaq onun işini həyata keçirirdilər, bu gün bu əməlləri dərk edərək gerçəkləşdirirlər. Azərbaycanı qarış-qarış gəzirlər, Sumqayıtda, Bakıda, rayonlarda görüşlər keçirirlər, mənim görüşlərimi təşkil edirlər. İndiyə qədər Azərbaycanın 50-yə yaxın rayonlarında olmuşuq. Bəzilərində bir neçə dəfə olmuşuq, köylərdə olmuşuq. Gənclərimizin ağlında Azərbaycanın obrazını yaratmağa çalışmışıq. Gənclərimizin, Azərbaycanımızın indiki durumuna baxaraq, onu küçümsəmələrinin doğru olmadığını onlara anlatmağa çalışmışıq. Bu gün Azərbaycana gənclərimiz əsasən üzdən baxırlar. Yenə orta yaşlı nəslin ağlında Azərbaycan obrazı bəlli səviyyədə var. Nə yazıq ki, gəncliyimizdə yoxdur. Ayrı-ayrı gənclərimizi çıxıram, təbii bu çox azdır, barmaq sayda gəncləri özüm vurğu eləmək istəmirəm. Çoxluq etibarilə Azərbaycana balaca baxırlar. Azərbaycana inanmırlar, onun gələcəyi haqqında düşünmürlər. Heç kim ömrünü, düşüncəsini ona həsr eləmək istəmir. Ancaq biz buna baxmayaraq, zaman-zaman çox qapılar döydük, çox qapılar üzümüzə bağlandı. Döydüyümüz on qapıdan üçü bizim üzümüzə açılıb. Ən çox oxullara üz tuturuq, çünkü gənclik əsasən ordadır. Yüksək oxullarda da, orta oxullarda da görüşlər keçirmişik. Bizim üzümüzə qapı bağlayanların əməllərinə baxmayaraq, heç bir vaxt həvəsdən düşməmişik, heç bir vaxt usanmamışıq, yorulmamışıq. Yorulmağı özümüzə yasaq eləmişik. Azərbaycanın dərdi, qayğısı beş günün içində oluşmayıb. Azərbaycanın sorunları min ildir başlayıb. Minillik sorunları aradan qaldırmaq üçün, ruhsal anlamda aradan qaldırmaq üçün, üç gün, beş gün, üç il, beş il, ya da əlli il çox azdır. Bu baxımdan biz onu anlayırıq,xa0 ağlımıza, ürəyimizə yazmışıq ki, Asif Atanın işi, harayı, görəcəyi əməllər hələ qabaqdadır. Aşılası dağlar hələ qabaqdadır. Heç vaxt arxayınlaşmırıq, heç vaxt bu bizim içimizdə eqoizm elementləri yaratmır, biz özümüzün şöhrətimizə küsənmirik. Demirik ki, biz qoçağıq, başqaları qoçaq deyil, ona görə də kimlərsə bizə minnətdar olmalıdır. Belə xülyalar bizim ağlımızdan keçmir, çünkü Asif Ata bizə gərəkən ruhsal tərbiyəni verib...
İndi ulusal kimliyimizin böyük dəyərlərindən biri olan sazımızda “Urfan”x9d havasını dinləyək.
xa0
Aşıq İlqar sazda “Urfan”x9d havası harayladı.
xa0
Soylu Atalı: Bugünkü törənin təşkil olunmasında ulusal ləyaqət göstərən Tofiq bəyə və onun ailəsinə təşəkkür edirəm, bu ortamı bizə o yaradıb. Güntay qardaşımızın atasıdır Tofiq bəy. Neçə vaxtdır çalışırlar, anlayaraq çalışırlar. Tofiq bəyin oğlu Elçin bəy, xanımı bu işə sayğıyla, qayğıyla əmək qoydular.
xa0
Muğama Qayıdış
xa0
Səhər çağı layla gəlir, mehr gəlir, ülfət gəlir isti ana nəfəsiylə ömrümüzə.
Biz Muğama qayıdırıq.
Bahar çağı gənclik gəlir, sevgi gəlir, hicran gəlir, vüsal gəlir qəlbimizə.
Biz Muğama qayıdırıq.
Böyüyürük, dərk edirik həyat adlı bir hikməti: sevinciylə, kədəriylə, yoxuşuyla, enişiylə, gəlişiylə, gedişiylə.
Biz Muğama qayıdırıq.
Ətaləti, cəhaləti, neçə-neçə qəbahəti, cinayəti rədd edirik, qərq edirik hiddət, qəzəb dənizində.
BizMuğamaqayıdırıq.
Ömür sona yetən zaman tapşırırıq körpələrə əsilliyi, məğrurluğu, həssaslığı, kamilliyi.
Biz Muğama qayıdırıq.
xa0
Asif Ata görüşlər keçirəndə bu harayla qəlbinin hikmətini öz soydaşlarına çatdırırdı. Buyurun dinləyək muğamımızı.
xa0
Muğam oxunur.
xa0
Əbdül müəllim Sumqayıt Musiqi Kollecində uzun müddətdir öyrətmən işləyir. Uzun müddətdir bağlantı qurduğum və ciddi sayğı duyduğum bir aydındır. Özünün muğam sahəsində gözəl, aydın çalışmaları var. Öyrəncilərinə öyrətdikləri milli xarakter var. Əbdül bəy, siz də qonaqlarla bizi tanış edin.
Əbdül bəy: Abuzər müəllim (kamançaçı) Azərbaycan dövlət radio-televiziya orkestrinin solistidir, bizim kollecdə də dərs deyir. Xanəndəmiz Rüstəm də kollecimizinxa0 öyrəncisidir.
xa0
Soylu Atalı: İndi Asif Ata kimliyi ilə bağlı bir neçə kəlmə söz demək istəyirəm. Bugünkü törənimiz iki bölümdən oluşur. Birinci bölüm, bədii böüm ilə yerdəyişmələr eləsə də, əsasən söz bölümüdür. İkinci bölüm isə çay süfrəsində doğmalaşma yönündə olacaq.
Asif Ata bizim üçün kimdir? Toplumda fərqli yanaşmalar var. Bu gün də Asif Atanın çalışmalarına 70-ci illərin pəncərəsindən baxanlar var. Ancaq 70-ci illər elə 70-ci illərdə qaldı. O vaxt Asif Əfəndiyev dönəmi idi. Asif Əfəndiyev ədəbiyyat ələşdiricisi idi. Ədəbiyyat ələşdiriciliyi araçılığı ilə öz ideyalarını topluma sunmağa çalışırdı. Bilirsiniz ki, sovetlər dönəmində bu nə qədər çətin idi. Bu çətinliyə görə Asif Ata müxtəlif üsullardan yararlanıb. O üsullardan biri də, dediyimiz kimi, ədəbiyyat ələşdiriciliyidir (tənqidçiliyi). Asif Atanın 59-cu ildən çalışmaları var. O, yaxın insanlara belə deyərdi ki, biz özümüz milli dövlətimizi yaradacağıq. Bununla da özümüzü bir millət olaraq ifadə edəcəyik. Bu fikirləri yaymaq üçün müxtəlif görüşlər keçirir, söhbətlər aparırdı. Bu söhbətlə axırda, Azərbaycan Dövlət Universitetində, “Etik və Estetik Tərbiyə Klubu”x9dna çevrilir. Orada öz ideyalarını deməyə başlayır, ancaq çox uzun sürmür onun çalışmaları. Universitetdə duyuq düşürlər, başa düşürlər ki, Asif Əfəndiyevin səsi “qorxuludur”x9d, onun çağırışları milli olduğu üçün sovet imperiyasının prinsiplərinə uyğun deyil və onların başı ağrıya bilər. Bu cür müxtəlif bəhanələrlə klubu bağlayırlar. Asif Ata başqa cür çalışmalara keçir (fəaliyyət göstərir). İş ora gəlib çatır ki, DTK-nın güclü təqibləri başlayır. Bu təqiblər başlayanda Asif Atanın yörəsində olan insanlar qaçırlar. Bu gün o insanlardan üzdə olanları da var, ancaq mən onların adını hallandırmaq istəmirəm. Yeri də deyil, gərək də deyil. O hallandırma bizə heç nə vermir, ancaq bu bir faktdır. Asif Atanın yörəsi boş qalır. Onda o bu qərara gəlir və deyir ki, “düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq”x9d. O, öz yörəsindəki insanlara anladır ki, Azərbaycanın indiki səviyyəsi ilə milli dövlət yaratmaq və onu istədiyimiz şəklə salmaq mümkün deyil. Buna görə də mütləq Ruhsal Dirçəliş gərəkdir. Bu yol hara qədərdir, biz onu deyə bilmərik. Nə qədər çəkəcək, 100 ilmi çəkəcək, 500 ilmi, 1000 ilmi, yenə onu deyə bilmərik. Ancaq bu gün bu işi başlamaq gərəkdir, bu yolu başlamaq gərəkdir. Bu yolu başladı. 79-cu ildə klubunun məğzini ümumiləşdirərək, Ocaq elan elədi, klub sədri Asif Əfəndiyev “Asif Ata”x9d çağırıldı. Belə deyirlər ki, Ocağın sədri olmaz, Ocağın Atası olar. Ata sözü (dədəlik, atalıq) qədim türklərdə ideya kimi olub, həm də həyat nizamı kimi olub. Biz bunu Dədə Qorqudda bilirik, başqa türklər ona Qorqud Ata deyirlər. Ata sözü xristianlıqdan gəlmir. Xristianlıq türkün dədəlik-atalıq ideyasının yanında dünənki olub. Atalıq ideyası mənəvi yoldur. Bu yol xalqa qiblə yaratmalıdır, yön verməlidir.
Asif Ata özünün dünyabaxış sistemini yaratdı, yəni “Azərbaycanımız-Azərbaycançılığımız”x9d dəyər sistemini yaratdıqdan sonra onun üzərində özünün İnam Sistemini qurdu. Öz İnamını topluma sunmağa başladı. Onun istəyi bu idi ki, Azərbaycanda, onun özünü, içindən yönətən şəxsiyyətlər olmalıdır. Öz içindən. Qıraqdan onu yönətənlər doğru yönəltmir. Qıraqdan gələn qüvvələr Azərbaycanı küçümsəyir. Asif Ata hesab elədi ki, Azərbaycan öz içindən yönəlməlidir, hər mənada ”“ siyasal mənada da, ideoloji mənada da, ruhsal mənada da.xa0 Bütün bunların hamısının özülülndə ruhsal yönətim dayanır. Çünkü “Adam İnsan olmayınca dünya düzəlmir”x9d. Qədimdə tariximizdə olub belə çağırışlar, Zərdüştün çağırışı olub ki, dünyanın düzəlməsi üçün insan içdən dəyişməlidir. Hürufilərimizdə, Nəimidə, Nəsimidə olub ki, insan içdən öz anlamına yetməlidir. İnsan içində Allah gəzdirir. Allahlıq siqləti var onda, ona yetməyincə dünyanı düzgün yönəltməyəcək. Semit dünyabaxışı bizə köləlik gətirdi. İnsanın içindəki Allahı öldürdü, onu bəndələşdirdi, mütiləşdirdi. İnsan o qədər küçümsənildi ki, onun gözünün baxarı daraldı. Onun başının üzərindən göylər çəkildi. O, başqalarının çətiri altında özünü kölgədə gördü. Ona görə də ruhumuz zaman-zaman parçalandı, zaman-zaman kiçildik, bu günə gəlib çatdıq.
Asif Ata öz dünyabaxışının əsasını milli və bəşəri təməl prinsiplər üzərində qoyub. Bu təməl prinsiplər bütünlüklə semit təməl prinsiplərinə yaddır. Asif Atanın baxışına görə Dünya özünün Əzəli, Əbədi, Kamil, Sonsuz Dünyalıq mənasından yaranıb. Ancaq semitlər deyir ki, dünya bir baxışla altı gündə yaranıb. Özü də bunu Peyğəmbərlərə Allah deyir. Allah Cəbrayıl araçılığıyla deyirdi. Məcazi anlamda götürsək, Asif Ataya da Allah deyir, yəni içindəki Allah deyir. Onun içindəki səs, içindəki vəhy ona deyirdi ki, dünya yaradılmayıb, dünya yoxdan yaradıla bilməzdi. Əgər dünya yoxdan yaradılsa idi, onda bu Allah harda idi, nə deməkdir? Dünya və Allah birliyi var Asif Atanın dünyagörüşündə. Allah-dünya ayrılığı yoxdur. Bu çox böyük bir məsələdir. Türkün baxışından, mahiyyətindən gəlir. Onu da deyim ki, dünya Atanı eşidəcək, eşitməyəcək, necə düşünəcək, haqqında nələr deyiləcək, bunların heç birini qulağına almadan, Asif Ata, türkün mahiyyətindən gələn,xa0 öz dünyabaxışını ortaya qoydu. Mən sizi əmin edirəm, bunu yazılarımda da qeyd etmişəm, Asif Atanın İnamı bəşəridir, çünkü millətdən başlayır hər şey. Bəşər də millətdən başlayır. Asif Ata türk millətini semit basqısı altından çıxarır. Bu gün bütün dünya, Hindi, Çini çıxsaq, hamısı semit basqısı altındadır. Semit dünyagörüşü cəhalət yayır, gerilik yayır. Fərqi yoxdur, bu xristianlıqdı, İslamdı, ya Musəvilikdi. Millətlərin varlığını rədd edir, ləğv edir. Asif Ata türkün mahiyyətindən gələn dünyabaxış yaratmaqla, türkü semit basqısından çıxarır və türkə yeni sima yaradır. Bəşəri sima yaradır. Bəşəriyyətə söz deyən xalq mənliyi ortaya gətirir. Yetər ki, xalq onu eşitsin. Eyni halda bəşəriyyətə milli sima yaradır. Bəşəriyyətə milli sima o deməkdir ki, bəşər millətdən başlayır, milləti ləğv eləmək olmaz. Millətə özgün uca keyfiyyətlərin üzə çıxarılması bəşəriyyətin simasını yaradır. Semit baxışında millət ümmətlə əvəz olunur. Millət yoxdur onda. Əgər millət yoxdursa, onun mədəniyyəti də yoxdur, onun dili də yoxdur, onun anasının laylası da yoxdur. Beşiyimizin başında anamız bizə layla çalır. Öz dilini bizim şüurumuzun altına yeridir, əmniyyətə götürür. Biz ona sadiq qalmırıq, “ölümüzü ərəbcə ağlayırıq, dirimizi başqa dildə uğurlayırıq”x9d. Dilimizə meyil edənə, milliliyimizə, varlığımıza meyil eləyənə kafir deyə damğa vururuq, lənətləyirik. Ərəbçiliyi qoruyuruq içimizdə.
Biz ərəb xalqına qarşı deyilik, ingilis xalqına qarşı da deyilik. Ancaq ərəbçiliyə qarşıyıq, ingilisçiliyə qarşıyıq. Əgər türk özünün imperiyasını yaradarsa, başqa xalqları basqısı altına alarsa, mədəniyyətini sıxışdırarsa, dəyərlərini heçə çevirərsə, belə türkçülüyü də rədd edirik. “Çılıq”x9d, “çülük”x9d məsələsi olduqca humanist, milli-bəşəri olmalıdır. Ayrı-ayrı adamlar düşünməsinlər ki, biz niyə türkçüyük. Özümüz türkçü olduğumuz halda, ərəbçiliyi niyə inkar edirik. Çünkü ərəbçilik, farsçılıq bizə qarşı şovinizm deməkdir. Bizə qarşı assimilyasiyaedici bir səviyyə deməkdir. Ona görə də biz o cür “çılığı”x9d rədd edirik.
xa0Bu gün meydanda başqalarının, bizə qarşı olan qüvvələrin, konkret Avropanın, Batının özünün türkçülük ideyası var, gəncliyimizinxa0 şüurlarına etki göstərirlər. “Turan imperiyası olacaq, hamı da bizim kiçiyimiz olacaq”x9d. Belə əhvallar gətirirlər. Mənəvi Turançılıq gözəl şeydir, Turan birliyi böyük şeydir, ancaq rədd olsun filan xalq, yalnız biz var olaq, belə təbliğat var. Türkiyədən gələn qonaqlarım var idi, bunu mənə açıq deyirdilər, sizin türkçülüyünüz insançılığa əsaslanır. ”“ Bəs nəyə əsaslanmalıdır? Başqa cür türkçülükmü olar? Vəhşi türk ideyasını dirildirlər, başqalarının ağlında. Belə türkçülük ideyası olmaz. Asif Atanın İnamı türkçülüyü yeni aşamaya qaldırır, İnam türkçülüyü, İdrak türkçülüyü, Mənəviyyat türkçülüyü, İradə türkçülüyü deyə onun harayını çəkir, onun hər birini açır. Mən bunu indi aça bilmərəm. Vaxt məsələsi var.
Asif Ata İnsana ən yüksək qiyməti verir. İnsan haqqında yüksək tərif deyib: “İnsan daxilində Mütləq gəzdirən, şəraitdən, mühitdən, zamandan üstün olan, Mütləqiliyə meyil eləyən və Mütləqləşməyə qadir olan ruhani varlıqdır”x9d.xa0 Buna doğma qiymət yalnız Hürufilərdə olub, ondan qabaq olmayıb. Ən böyük Avropa bilginləri insanı kiçildiblər. Ata Aristoteli qınayırdı: onun fikrincə “insan adlanan əyri ağacdan heç nə düzəltmək mümkün deyil”x9d. Asif Ata da deyirdi ki, əgər bu belədirsə, onda bəşəriyyətə Aristotel fəlsəfəsi gərək deyil. Nəyə gərəkdir sənin fəlsəfən, əgər insandan heç nə olmayacaqsa?! Belə deyirdi Ata. Ataya görə hər şey insana bağlıdır. İnsan dəyərdir, dəyəri insan yaşadır, sabaha o aparır. Bütün çalışmalar insan üçündür. İnsan heçdirsə, onda çalışmaların anlamı yoxdur. Yaxud da semit baxışlarında insanı qul sayırlar, bəndə sayırlar, Allahın heyvanı sayırlar. Bilirsiniz, “ovçı Boqa”x9d deyirdi İsa insanlara. İnsandan qoyun düzəldirlər, qul düzəldirlər. Asif Ata isə insandan Allah düzəldir. Bütün baxışların içərisinə girirsən ”“ insan kiçilir. Asif Atanın dünyabaxışına üz tutanda görürsən ki, o, təkcə özünü sunmur, demir ki, mən hər şeyəm, qalanları heç kimdir. Tərsinə, Asif Ata deyir ki, mənim yolum, mənim baxışım, insanların ayağını yerdən qaldırıb göylərə qovuşdurmaq üçündür. İnsanlığa qulluq edib ömrü boyu. Onun Ocağı da bu gün İnsanlığa qulluq edir. Bax, bu, Asif Atanın, dünyaya, insana münasibətidir, mən qısaca deyirəm. Bir az tutuşduraraq deyirəm. Asif Atanın baxışı özündən öncəki baxışları qəbul etmir. Deyir ki, İnamda yalan olmamalıdır. İnsanı uşaq yerinə qoymaq olmaz. Bağça səviyyəsində insanlara yol göstərmək olmaz.
Haqq verirlər yalana. Ona görə cənnət yarandı, cəhənnəm yarandı ki, insanları ağıllandırsınlar. Belə ağıllandırmaq olmaz insanı. Cənnətə çağırırlar insanı. Hara çağırırsan?! “Cənnətdə nə isti var, nə soyuq, nə əzab var, nə əziyyət, hər şey hazır qızıl məcməyilərdə qarşına gətirilir. Hər şeydən pak zövcələr qulluğunda durur”x9d. Tüfeyli həyatdır bu. Əxlaqsız həyatdır bu. İnsanı belə şeyə çağırmazlar. Aldatmazlar belə şeylə. Ya da “insanı qaynadacaqlar, onlara qan-irin içirdəcəklər, min il, boğulacaq ancaq ölməyəcək. Çünkü “əzabımızı daddırmaq istəyirik”x9d deyir Allah. Bunu Allahın dilindən söyləmək əslində onu inkar eləməkdir.. Belə Allah olmaz.
Asif Ata Allahın anlamını yeni aşamaya çıxarır, bu anlamı dirildir. Semitlərdə Allah qəzəb püskürür, kin püskürür. “Sənə qan-irin içirdəcəm, boğulacaqsan, ölməyəcəksən, min il əzab verəcəm sənə”x9d. Belə Allahlıq nə deməkdir? Bəşəriyyəti hara çağırırsan? Belə çağırış olmaz.
Asif Ata deyir ki, insan içində Mütləq gəzdirir, şərait ona imkan vermir, dövlət ona imkan vermir, yəni hakimiyət. Cəmiyyət ona imkan vermir. İnsanın içindəki Allahlığı öldürür. Dünyanın Dünyalıq mənası var, həyatın Həyatlıq mənası var. İnsanın İnsanlıq mənası var. İnsanlıq dünyalığın bir cəhətidir. Allah anlamına özgündür insanlıq. O anlam ki, o anlamı insan öz içində daşıyır. İnsan o anlama yetəndə başı göylərə çatır. Qüdrətli olur, millətə yiyə çıxır, insana yiyə durur. Kütbeyin, zavallı, qorxaq, məzlum insan heç nəyə yiyə dura bilməz. Zavallıdan insana yiyə olmaz. Səhərdən axşama özünün cənnətini düşünəndən millətinə nə xeyir, bəşəriyyətə nə xeyir?! Hamısı eqoist olub. Kimi dindirirsən əlində təsbeh, zikr eləyir cənnət üçün. Millət bu günə gəlib düşüb. Beş nəfər tapmırıq ki, millətin dərdini paylaşaq. Bir yandan Avropaçılığın hədyanlığı, bir yandan da Doğuda İslam qaranlığı birləşib. Çıxmaq gərəkdir. Avropanın hayı-həşiri də demokratiya adı altında. Demokratiya qarşıdurmadır. Yaxşı şey kimi düşünmüşdülər guya, ancaq demokratiya iki min ildir yaranıb. Perikilin Afinada yaratdığı demokratiya, bu günə qədər quruluşun içindən çıxmadı. Həmişə quruluşa qulluq elədi. Quldarlıq demokratiyası, feodalizm demokratiyası, kapitalizm demokratiyası, sosializm demokratiyası. Bir sözlə, quruluş demokratiyası. Asif Ata quruluşa qarşı çıxır. Heç bir din quruluşa qarşı çıxmadı. Quldarlığın içində yarandı xristianlıq, Quldarlıqla döyüşmədi. Yenə də qul qul idi. İslam feodalizmin içində yarandı. “Quran”x9dın bütün ayələri, demək olar ki, feodalizmin yasaları əsasındadır. Bəlli “Qənimət”x9d surəsi, “əl-Əhzab”x9d və b. Biz heç kimin heysiyyatına toxunmaq istəmirik, biz öz düşüncəmizin həqiqətini deyirik. Biz öyrənmişik bunları, havadan demirik. Heç kimi süni şəkildə aşağılamaq fikrimiz yoxdur. Hal budur, məna budur. Semit baxışında bizim milli kimliyimiz aradan gedir, ümmət olanda millət yox olur.
Tək bizim yox, bütöv bəşər həyatında milləti ləğv eləməyə girişən üç ideologiya olub ”“ mən bunu yazmışam ”“ biri 7-ci yüzildə İslam, biri kommunizm, biri də kürəsəlləşmə ”“ Batıçılıq. İslamda ümmətdir, millət yoxdur. Orda, ərəb var, ərəbin dili var, mədəniyyəti, ibadəti, hər şeyi var, türkün qatqısı yoxdur.
Kommunizmdə onun kimi. Vahid millət ideyası var. Kommunizmə görə bütün millətlər ləğv olunacaq, bir millət qalacaq. O millət də Leninin devrim sonucunda, çaldığı qələbə sonucunda yəqin ki, rus olacaqdı. Rus olmasaydı başqası olsaydı da, fərqi yoxdur.
Üçüncü ”“ kürəsəlləşmə. Bu gün bizə Batı demokratiyası sırıyırlar. İçinə yaxşı baxın, kürəsəlləşmə nə deməkdir. Dünyaçılıq deyil, dünyalaşma deyil. Bizi avam sayırlar ki, sizin texnologiyanız yoxdur, siz sürüsünüz. Gəlin bizə qoşulun, sizi adam edək. Ancaq Batıda ailə ölüb, əxlaq ölüb, hər şey ölüb, elm göyə dırmaşsa da. Elmlə insanlığın arasında uçurum yaranıb. Batı demokratiyasında vahid mədəniyyət ideyası təbliğ olunur. Vahid mədəniyyət vahid millət deməkdir. Əgər mədəniyyət vahiddirsə, millət də vahiddir. Çünkü hər millətin özünün mədəniyyəti olar. Bəs vahid mədəniyyət nə deməkdir? Mənim anamın laylası necə olacaq, muğamım necə olacaq? Sazımı harda, hansı dildə çalacam ”“ ərəb dilində çalacam, ingilis dilində çalacam, yoxsa rus dilində?! ”“ Milli kimliyimizin üstündən xətt çəkilir. Milli şüurumuz alt-üst olur, pozulur. Asif Ata bunlara qarşı çıxırdı. Asif Ata deyirdi, nə qədər ki, millət öz içində öz dəyərlərini tanımır, tapmır, ona söykənmir, dayanmır, o, gücsüz və dağınıq olacaq. Azərbaycan qədər dünyaya dəyərlər verən bir xalq bu gün neçə yerə parçalanıb. Ağzımız açıla qalıb, əlimiz ürəyimizin üstündə qalıb Təbrizimizdən ötrü, Borçalıdan ötrü, Göyçədən ötrü, Dəmirqapıdan ötrü. Əlimiz yetmir, çünkü ruhumuz parçalanıb, ruhumuz dağılıb. Ruhumuzun birliyi yoxdur. Hərəmiz bir mədəniyyətin basqısı altındayıq. Borçalılar gürcü mədəniyyətinin basqısı altındadır, yaltaqlıq öyrədirlər bizə orda. Göyçəlilər erməni mədəniyyətsizliyinin basqısı altındaydı. Dəmirqapılılar rusun. O Tay da bütünlüklə farsın kimsizliyinin, eybəcərliyinin basqısı altındadır. Asif Atanın İnamı buna qarşıdır. Ancaq xalqların bəşər olmasına qarşı deyil. Deyir ki, fars xalqı özgürlüyünü tapmalıdır, ancaq türkün üzərində yox.
Asif Atanın ideya prinsipləri bütünlüklə öyrənilərsə, onun içindən millət çıxar, insan çıxar, vətən çıxar, bəşər çıxar. Semit dünyabaxışlarında vətən yoxdur. Yalandan deyirlər “vətən imandandır”x9d. Yalan söhbətdir. Hansı vətən imandandır əgər dünya fanidirsə, əgər millət yoxdursa?! Millət vətənə bağlıdır. Daha doğrusu, vətən millətə bağlıdır. Əgər millət yoxdursa, onda vətən nə deməkdir?! Əgər insan sürüdürsə, vətən nə deməkdir?! Vətən insanı insan eləyən, xalqı xalq eləyən dəyərlərin yaşadığı, gəlişdiyi məkan deməkdir. Vətən quruca torpaq deyil. Dəyərlərin yaşadığı, o dəyərlər əsasında insanın özünü tapdığı, bəşəriyyətə söz dediyi, bəşər olduğu məkandır. Vətəndə biz bəşər oluruq. Öz dəyərlərimizlə yaşaya-yaşaya, öz kimliymizlə yaşaya-yaşaya. Əgər bu yoxdursa, onda vətən nə deməkdir, ”“ quru söz.
Beləliklə, dünyaya münasibət, xalqa münasibət, vətənə münasibət, insana münasibət, biz görürük ki, yuxarıda dediklərimizdən qıraqda puç olub, heç olub. Asif Ata bu münasibətləri diriltmək üçün meydana girib. Onun işi uzundur. Soydaşları onun səsini yaxşı eşitmir, çünkü öz köləliyindən ayrıla bilmir. Çox ciddi bir fəlsəfədir Asif Atanın Yolu. Ona görə onun fəlsəfəsinin, dünyagörüşünün içinə girmək gərək, öyrənmək gərək, ordan baxmaq gərək. Ata “Doğmalarıma”x9d içsəsində deyir ki, “Ürəyinizə baxın, onda kim olduğunuzu anlayacaqsınız”x9d. Ürəyimiz dəyərimizdir, millətimizdir, vətənimizdir, gələcəyimizdir...
xa0Mən bununla söhbətimi bitirirəm. Məni dinlədiyinizə görə hər birinizə təşəkkürümü bildirirəm. Var olun deyirəm.
Sonda bir haşiyə çıxım. Bizim işimizə, bir az yaxından, sevinci, sevgisi olan ayrı-ayrı insanlar qatılıb Törənimizə. Onlardan bəzilərinin adlarını çəkmək istiyərdim: Abil Ulusoy ara-sıra çağırışlarımızı eşidir, Asif atanı görmək istəyənlərə qoşulur.
Vaqif Ucatay özünün sənət əsərlərində Asif Atanı dəyərləndirib. Rəssamlıq açısından tarixə çevirib.
Ağşın Ağkəmərli ”“ Təbrizli qardaşımız, hər zaman tədbirlərimizə qatılıb Atadan öyrənir, öz maşınıyla bizi bölgələrə aparıb, görüşlər keçirmişik, işlər görmüşük.
Rafiq Turabxanoğlu bir çağlar “Mənlik”x9d qəzetində Asif Atanın yazılarını çap edirdi. Özləri də milli dəyərlərimizə yönəlik söhbətlər aparırdılar, onlar da o qəzetdə çap olunurdu. O çağlar onun Turan Demokratik partiyasının qəzeti vardı. Bu da Rafiq bəyin türkçülüyündən qaynaqlanırdı.
Bəhmən Sultanlı bizim tədbirlərimizdə çox olub, Atanın sözünə öz sevgisiylə söykək olmağa çalışıb.
Ayaq Şıxalıoğlu bizim tədbirlərimizə qatılmaqla Atanı sevmək öyrəndi.
İlqar Türkoğlunun özünxas fədakarlığı olub. Bölgələrə bizi maşınıyla aparıb. Asif Ata Ocağının bir kitabını öz puluyla basıb, Atanın kitablarından birinin çapına da kömək edib.
Zaur Qəriboğlu gənclərlə bizim görüşümüzü təşkil edib.
Xaliq Bahadırın bu gün “Azadlıq”x9d qəzetində Asif Ata ilə bağlı yazısı çıxıb. Neçə dönəm ayrı-ayrı çağlarda Asif Ataya qarşı artıq-əskik danışanlar olub. Xaliq bəy onlara öz yazıları ilə cavab verib. O yazılar mənim arxivimdə bu gün də saxlanır. Bu gün də Xaliq bəylə birgə, Türkel Araşdırma Qurumu adı ilə, maarifçilik yönündən addımlar atırıq.
İlahə Ucaruh bu gün Avropada yaşayır. İki yol boğazından kəsib pul göndərib (hər dəfə 100 dollar), Atanın kitabını çap eləməkdə işimizə yarayıb.
Biz, Asif Ata işinə yönəlik, hər kəsin ən kiçik addımını belə görür və dəyərləndiririk, çünkü Ocağıq.
xa0
Hüsniyyə xanımın oxumasında muğam dinlənir.
xa0
Günev Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya ”“ İnam Ataya ali səcdəylə! (Bayrağı öpür ”“ N.A.)
xa0Asif Ata adına bura gələnlərin içində insanlığa, bəşəriliyə həsrət olmasa, onlar özlərinə yol tapıb bu gün bura gəlməzdilər. Bu baxımdan alqışlayıram sizin bura gəlişinizi.
Ata ömrünün 80-ci ildönümünə sözüm.
Sözüm ”“ bəşərə İnam yaradan, kitablarıyla, qurumuyla, bayrağıyla, günsırasıyla, abesiylə gələn, peyğəmbərlik açısından dünyabaxış, yeni bəşəri təlim yaradan və son nəfəsinə qədər Amalına sadiq qalan bir şəxsiyyətin ömür yoluna gücüm çatan qədər işıq tutmaqdır. Özünün dediyi kimi, “Min qəddi əyən ağır yük bir çiyinə düşəndə dahilik yaranır”x9d. O yük Asif Atanın çiyninə düşmüşdü. Başqası verməmişdi ona o yükü. Özü götürmüşdü öz çiyninə. Bəşəri düşdüyü ağır nizamsızlıqdan çıxarmaq, yolsuzluqdan, yəni ideyasızlıqdan, ümidsizlikdən, inamsızlıqdan, çaşqın durumdan qurtarmaq fikri Atanın ömrünə dahilik gətirdi. Aradı, dünya tarixini öyrəndi və dünyanın gəlişməsində qulluq göstərmiş fikir yiyələrinin əməlləri ilə yanaşı çatışmazlıqlarını sonsuz diqqətlə çözdü.
Bəşəriyyət, tarixin müxtəlif dönəmlərində, düşdüyü nizamsızlıqdan qurtarmaq üçün dünyabaxışların gəlişinə qapı açdı. Ancaq bu qurtuluş nisbi xarakter daşıdığından yeni-yeni sorunlar meydana gətirdi. Mütləq, tam, bütöv, kamil yön yaranmadı. Bu səbəbdən də tarixin ümumi gedişində əsaslı dəyişiklik olmadı. Daş dövründə də, bu gün də insan dərk etmədən özündən qıraqdakı qüvvədə qurtuluş arayır. Bütün ümidlər qırağa yönəlib. “Dərman isə dərdin özündədir”x9d. Az və ya çox xəbəri olanlar da, sufilər, hürufilər kimi insanın özünü yaratma yolunu, kamilləşmə yolunu tam bəlli edə bilmədilər. İnsan özündəki qüsurları tanımalı, arınmalı, ağılla duyğunun birliyində özünü yaratmalıdır. Özgür fikirli, inamlı, idraklı, mənəviyyatlı, iradəli bireylərdən bağımsız, bənzərsiz xalq yarana bilər. Yaradıcı xalq yarana bilər. Bəşərin pozulmuş nizam öz çözümünü tapar. Asif Ata bu harayla gəldi. 62 illik fiziki ömründə qarşısına çıxmayan əngəl qalmadı. Ailədən keçdi, şəxsi həyatının bütün çalarlarından keçdi, rahatlığı üçün ona verilən vədlərdən imtina etdi. Amalı onun üçün hər şey oldu. Bəşərin gələcəyini ailəsi, özünü o ailənin Atası bildi. Bu adın daşıdığı məna peyğəmbərlikdən daha ağır, daha böyük idi. Beləcə Mütləqə İnam fəlsəfəsi yarandı.
xa0Hər bir xalq bireylərində yığılıb qalmış qüsurlardan əzab çəkir. Birlik sözü öz mahiyyətindən gen düşüb. Hər kəs öz mahiyyətinə üz tutanda, qovuşanda yaranar birlik. Çünkü bir olan mənadır, bir olan mahiyyətdir. Bütün bunlar insanlıq adlanan bir nöqtədə var olur. Yalnız insanlıq tələbi ilə yaşamaq var olmaqdır. Mütləqə İnam fəlsəfəsi bu fikirlərin yolunu, ona yetmək olanaqlarını göstərir. Asifçilər ”“ yolun davamçıları müxtəlif məkanlarda Ailələr şəklində çalışır. Ailə Günündə Amallaşma, Kamilləşmə, Xalqlaşma yönündə gerçəkləşdirdikləri əməlin hesabatını verir. Güc birləşir, fərəh artır. Yeni-yeni uğurlar müəyyənləşir.
Bütün yönlərdə uğurla gedən işin bir əsas güc qaynağı var ”“ gördüyün əməlin fərəhini yaşamaq. Bunsuz bəşərin, eləcə də xalqımızın aqibətinin nələrlə üzləşə biləcəyini dərk edərək rahatsız olmaq. Bunun özü də bir güc qaynağıdır.
Ata ömrü örnəyimizdir. Atanı davam etmək ən şərəfli işimiz olmaqla, ömrümüzün Ata ömrünə bənzəməsi xoşbəxtliyimizdir.
Atamız Var olsun!
Soylu Atalı: Bir neçə il öncə Bakı Kitab Klubunda Atanın “Yollaşan Aqibət”x9d kitabını sunduq. Kitab “Muğam fəlsəfəsini”x9d, Atanın “Bədiiyyat”x9dını ifadə edir. Dediyimiz kimi, Atanın 45 kitabını anlamlarına görə 13 cilddə təsnifatlaşdırmışıq. Birbaşa İnamın cövhərini verən Bitiqlər var, bir də yan Bitiqlər. 10 Bitiq və 3 Yan Bitiqdə Ata bitiqləri təsnifatlaşdırılıb. Yan Bitiqlərdə Atanın ruhsal araşdırmaları, Ocaqla bağlı yazdığı ruhsal bəlgələr və b. var.
“Yollaşan Aqibət”x9di sunanda da Asif Atanın “Bədiiyyatı”x9dndan rübailər oxundu. Ata özü ona bir ömrün fəlsəfi təcümeyi-halı deyirdi, şairlik eləmək fikrinə düşməyib.
İndi Şairə Əzizə Ağahüseynqızından xahiş edək, Atanın rübailərindən oxusun.
Əzizə Ağahüseynqızı: Soylu bəy, szə təşəkkür edirəm dəvətiniz üçün. Bugünkü tədbirə toplaşan bütün qonaqlarımızı, bu tədbirdə əməyi olan hər bir kəsi alqışlayıram. Var olun deyirəm, həmişə belə olun deyirəm. Bayrağımızı öpürəm. Asif Atamız var olsun.
Ata bir rübaisində deyir ki, “Çovğunlu-şaxtalı qış günlərində, Günəşi qəlbində görə bilərsən”x9d.
xa0
Öncə M. Yaqubun bir şeirini oxumaq istəyirəm. Həm də əməyi olanlara bir alqış olar bu.
xa0
Təmizlik suyunda çimər çöl-çəmən,
Mərdlərin çiynində durar bu həyat.
Ulu təbiətim, yaman xəsissən,
Yaxşı adamları bir az çox yarat.
xa0
Bir yuva qarışqa, süfrəsi bir dən,
Bir dənlə bahara çıxar salamat.
Ulu təbiətim, yaman xəsissən,
Yaxşı adamları bir az çox yarat.
xa0
Bu dağlar, dərələr çiçəkdi eynən,
Bahara ömür ver, arıya qanad.
Ulu təbiətim, yaman xəsissən,
Yaxşı adamları bir az çox yarat.
xa0
(Asif Atanın rübailərindən oxuyur)
xa0
Mən cəfanı sevmişəm!
Səfa qoy sənin olsun!
Dərdim dünyadan böyük,
Dərdsiz düşmənin olsun!
xa0
xa0
Cəsarətdən ayıldı,
Həqiqətdən ayıldı,
Ədalətdən ayıldı,
Yetkin insan sayıldı.
xa0
Ədalətə ölüm yardır,
Haqq ölümə tərəfdardır,
Bütün bəşər günahkardır,
Günah varsa ”“ cəza vardır!
xa0
Yalan dərdik ”“ bar yerinə,
Yalan sevdik ”“ yar yerinə,
Yalan yedik ”“ bal yerinə,
Yalan tapdıq ”“ var yerinə.
xa0
Yalan gəzdi qayalarda,
Yalan axdı dəryalarda,
Yalan bitdi səhralarda,
Yalan çaxdı səmalarda.
xa0
”¦”¦”¦”¦”¦”¦”¦”¦”¦.
xa0
Sağ ol, bədən, odlanmadın!
Sağ ol, ağıl, aldanmadın!
Sağ ol, ürək, dayanmadın!
Qızıl qana boyanmadın!
xa0
Sağ ol, dodaq, yarılmadın!
Sağ ol, ayaq, yorulmadın!
Sağ ol, səbr, daralmadın!
Sağ ol, ömür, qırılmadın!
xa0
xa0
Sağ ol, vüqar, əyilmədin!
Sağ ol, inam, döyülmədin!
Sağ ol, vicdan, söyülmədin!
Ayaqlara sərilmədin!
xa0
Nurtəkin Atalı (Bayrağı öpüb) Ataya səcdə ilə sözünə başladı: “Ata Günü”x9dmüz qutlu olsun. Ata haqqında söz demək sorumluluqdur, çətindir. Atanı bir yazıda deyə bilmək də asan deyil.
Ata İnamı haqqında yazımı oxumaq istəyirəm.
xa0
İnsana gərək olan İnam ”“ Mütləqə İnam
xa0
Bəşər övladı indiyə qədər çox yollar keçib. Ancaq hansı fəlsəfə, hansı din insanı tam, mütləq olaraq görə bilib, qiymətləndirə bilib? Hansı ideyanın təməlində insan durur? Hansı yol insanı insanlığına qovuşdurub, hansı yol gün-gündən artan insan əməlləri ilə dünyanı zənginləşdirib, gözəlləşdirib? Həqiqətin harda olduğunu necə bilmək olar? ”“ Harda insana qiymət varsa, həqiqət ordadır. Harda insan ruhca özgür, bağımsızdırsa, həqiqət ordadır. İnsan ruhən necə özgür ola bilər? ”“ Özümlüyünü yaradanda. Millətindən asılı olmayaraq, bütün adamlar anadan kamil doğulmur. Hər bireyin içində yaxşı və pis duyğular, əməllər var. Budda bütün istəkləri öldürməyə çağırırdı, Asif Ata isə deyirdi ki, axı insanın içində yaxşı duyğular da var ”“ vətən duyğusu, sevgi duyğusu... O duyğular ölməməlidir. Semit dinləri insanı Allahla qorxutmaqla tərbiyə etməyə çalışdılar. “İnsanın taleyi öz əlində deyil, onun alın yazısı, qisməti var, insan ömrü bütünlüklə Allahdan asılıdır”x9d deməklə insanı bağımsızlıqdan məhrum etdilər. Allaha yalvaran, Allahdan qorxan, Allah üçün vuruşub adam öldürən başqasını sevmədi, sevməyə cəhd belə etmədi. Bütün qurluşlarda insan öz qiymətini tapmadı. Çünkü əgər ağa varsa, qul varsa, insan yoxdur. Varlı-yoxsul təbəqəsi varsa, insan yoxdur. Bu quruluşlara, təbəqəçiliyə qarşı döyüşən hansı inanc, hansı yol var?! ”“ Yoxdur. Tərsinə, bu quruluşlara yarayan dinlərdir, cəmiyyətin də, quruluşun da, siyasətin də əlində araç olan dinlərdir. Asif Atanın Mütləqə İnam Dünyabaxışı insana ruhsal qiymət verir: ”“ “İnsan ”“ daxilində Mütləq daşıyan, şəraitdən, mühitdən, zamandan üstün olan, Mütləqiliyə meyil eləyən və Mütləqləşməyə qadir olan Ruhani Varlıqdır”x9d. İnsan kamil doğulmur, ancaq onun kamil olması, içindəki naqis duyğuları öldürməsi, yaxşı duyğuları yetkinləşdirməsi öz əlindədir. Bu, Özüylədöyüş fəlsəfəsidir. Özüylə döyüşdə insan üç aşamadan keçir: Özünü tanıma, özüylə üz-üzə qalma ”“ özünə yadlaşma; özüylə döyüşməklə özünə doğmalaşma. İnsan içindəki azğınlıqdan, ağalıqdan, yırtıcılıqdan, xəbislikdən, qorxudan, heyvanlıqdan qurtularsa, dünya necə dəyişər? İnsanın insana yanaşması necə dəyişər? İnsanın doğaya yanaşması necə dəyişər? ”“ Təbii ki, yaxşılığa doğru, gözəlliyə doğru.xa0
Öz içindəki naqislikdən asılı olan başqasından da asılı olur, quruluşdan da asılı olur. İçindəki insanlıqdan asılı olan ruhca özgür olur. Ruhu özgür olan başqasını asılı etməz, başqasının asılılığını qəbul etməz. İnsanlar arasında insançı yanaşma yaranar.
Asif Ata Azərbaycanın dərdlərini, fərəhlərini görən, onlarla ömrünün sonuna qədər yaşayan, Azərbaycanın gələcəyinə nikbinliklə inanandır. Bu nikbinlik onun yaratdığı Mütləqə İnam dünyabaxışına bağlıdır.
Ata yazır:
“Özümü eşitdim. “Mütləqə İnam”x9d Beşliyini (“İnsan”x9d, “İnam”x9d, “Ruh”x9d, “Həyat”x9d, “İntibah”x9d kitablarını) yazıb qurtarÂxaddım. Borana düşdü Beşlik. Çap olunmadan qadağan olundu. Bəxtiyaram. Ömür sevdam baş tutdu, arzuma çatdım. KitabÂxadlarımın, EvladÂxadlarımın Atası oldum.
Kitabları ilk növbədə azərbaycanlılar üçün yazdım. MəÂxadnim üçün Azərbaycan azərbaycanlıların cəmindən artıq, böyük, yüksək olan bir varlıqdır. İstədim ki, o, öz müqəddəs mənasına layiq olsun.
Kitabları həm də bütün insanlar üçün yazdım.
Mənim üçün bəşər insanların cəmindən artıq, böyük, yüksək olan bir varlıqdır. İstədim ki, o, öz müqəddəs mənasına layiq olsun.
İstədim ki, insanlar yaşasınlar...”x9d
xa0
Niyə görə Ata deyir ki, insanlar yaşasın. Məgər indiyə qədər insanlar yaşamayıbmı?! Ata deyirdi ki, insan özünün olanaqlarını üzə çıxara bilmir, özüylə sonevə aparır. Adama quruluş imkan vermir, cəmiyyət imkan vermir, zaman imkan vermir, güzəran imkan vermir, daha da varlanmaq, başqasıyla yarışmaq istəyi imkan vermir ki, o, özünü aşkarlasın, yetkinləşsin. “Özüylədöyüş”x9dlə aşkarlanır insan. İçindəki nisbilikdən ”“ nisbi dostluqdan, nisbi atalıqdan, nisbi analıqdan, nisbi övladlıqdan, nisbi vətəndaşlıqdan, naqisliklərdən ayrıldıqca arılır, durulur, yetkinləşir insan. Millətindən asılı olmayaraq bütün adamlar belə doğulur, yaşayır.
Asif Ata türkdür, ancaq onun yaratdığı İnam yalnız türkə xas deyil. İstər rus olsun, istər ingilis, istər ərəb və b. adamdır. Adamlıqla döyüşmək, İnsanilığa yetmək ömrün anlamıdır.
Asif Ata deyir ki, “Bəşər kapitalizm-sosializm dairəsindən, din-ateizm dairəsindən, totalitarizm-demokratiya dairəsindən çıxmalıdır”x9d.
Bu dairələrdən çıxmaq üçün Mütləqə İnam Dünyabaxışına tapınmaq gərəkdir.
xa0
Millətə gərək olan İnam ”“ Mütləqə İnam.
Dünyadakı hər bireyin özünəxas yaşamaq haqqı olduğu kimi, hər bir millətin də özünəxas yaşamaq haqqı var. Hər bir millətin dəyərləri, gələnəkləri, yaşam tərzi var. Hansı ideya, hansı inanc millətlərin özünəxaslığını yaradır, qoruyur? Bəşəri adlanan dinlər milliliyə nə dərəcədə qulluq edir? Təəssüf ki, dinlərin təməl ideyalarında millilik yoxdur. Milli ideya, yol odur ki, milllətin özünəxas dilinin, mədəniyyətinin, gələnəklərinin, iqtisadiyyatının, diplomatiyasının, bağımsızlığının yaranmasına və qorunmasına qulluq etsin. Çünkü bunların yaranması və qorunması millətlərin sabahı deməkdir, gələcəyi deməkdir. Bunlar üzərində gəlişir millətin dəyərləri. Millətin bireyləri bu dəyərləri davam edir, yaşadır və qoruyur. Hər birey taleyinə yiyə olarsa, hər millət də taleyinə yiyə durar. Bireyin özünütəsdiqi millətin özünütəsdiqini yetirir. İnsan ömrünün dəyəri millətinə bağlılıqla, millət üçün yaşamaqla, millət uğrunda döyüşməklə, millətin ölümünü öz ölümü kimi qəbul etməklə və özündənkeçməklə yaranır. Mütləq Xeyir, Mütləq Həqiqət, Mütləq Ədalət uğrunda döyüşməklə yaranır. Özümləşən insan millətləşir, millətləşən xalq bəşərləşir. Belə bir qutsal bağlılıq yaranır.
xa0
Bəşərə gərək olan İnam ”“ Mütləqə İnam.
xa0
Ata deyir ki, “Millət ”“ Bəşərin özünütəsdiqidir. Millətsiz bəşəriyyət yoxdur”x9d.
Dilin itməsi ”“ millətin itməsidir. Gələnəklərin itməsi ”“ millətin itməsidir. Dəyərlərin itməsi ”“ millətin itməsidir. Mədəniyyətin itməsi ”“ millətin itməsidir. Millətin itməməsi ”“ insana, bireyə bağlıdır. İnsan özümləşirsə, varlığını təsdiq edirsə, insanın yaşam tərzi, yetdiyi, yaratdığı (Asif Ata kimi) millətin dəyərinə çevrilirsə, örnək yola çevrilirsə, onun xas olduğu millətin yox olma qorxusu yoxdur. Özümlüyünü yaradan insan millətini var edir. Millətlər var olursa, bəşər zənginləşir. Heç bir insan başqa insanı əvəz edə bilmədiyi kimi, heç bir millət başqa milləti əvəz edə bilməz. Ona görə də bəşərin gəlişməsi ”“ millətlərin gəlişməsidir. Bağımsız millətlər bəşəri birlik yaradır. Asılılaşan, eyniləşən, başqalaşan millətlər birlik yarada bilməz. Bəşərin sabahı ”“ millətlərin özümlüyünü qorumasına bağlıdır. Ona görə də Asif Ata İnamı insana, millətlərə, bəşərə gərək olan İnamdır.
Atamız Var olsun!
Abil Ulusoy: Bu gün Asif Atanın 80 illiyinə toplaşanların hər birini alqışlayıram. İlk növbədə, Ata təbirincə desək, Asif Atanın ruhunu özündə duyan, ruhunu ruhunda görən Ata Evladlarını, Ata ruhu ilə doğma olan insanların hər birini. Asif Ata məndə, tanışlığımızın ilk anından, özünə qarşı böyük heyranlıq yaratmışdı. Məni Asif Ata ilə doğmalaşdıran Azərbaycanın bütövlüyü üçün gördüyü işlər idi. Ata Azərbaycanı ruhsal cəhətdən bütövləşdiribdir. Azərbaycan bəşər xəzinəsinə böyük dəyərlər verib. Heç bir millətin yaratmadığı dəyərlər. Sadəcə dəyərlərinə yiyəlik duyğusu olmayıb bizdə. Zərdüşt haqqında söhbət gedəndə kimsə fars hesab edir, kimsə tacik, bəziləri də deyirlər, Zərdüşt o qədər qədimdir ki, milləti yoxdur. Zərdüşt Azərbaycanındır, Midiyanındır dedi Asif Ata, öz möhürünü vurdu. Dəyərimizi özümüzə qaytardı. Babəki Azərbaycana qaytardı. Dədə Qorqud ağsaqqallığını, böyüklüyünü Azərbaycana qaytardı. Füzulini, hürufiləri, sazı, muğamı daha yüksək bir səviyyədə anlamına qovuşdurub Azərbaycana qaytardı. Özünün dediyi kimi, təqiblərə yüksəldi, Ocaq qaladı. Bir xətt yaratdı ki, Azərbaycanın dəyərləri bunlardır, bunlarsız Azərbaycan yoxdur. Dəyərlərimizə yiyəlik duyğusu yaratdı. Azərbaycanın ruhsal böyüklüyünü yaratdı. Mən həmişə deyirdim ki, kaş Azərbaycanın siyasi bütövlüyünü də bir yerdə görəydik.
Asif Ata həm də çox həssas idi. Söhbətlərimizin birində kövrələrək dedi ki, mənim xalqdan başqa nəyim var? Doğrudan da, Asif Atanın Azərbaycan xalqından başqa nəyi vardı ki?! Bəşər övladıydı, insan sevgisi vardı, insan yanğısı var idi, bəşər yanğısı, türk yanğısı var idi. Onun nəyi vardısa, Azərbaycan xalqıydı. Azərbaycan xalqına sevgisi hədsiz böyük idi. Rübailərindən birində deyirdi ki, “Nəsimi zəfəri gərəkdir mənə”x9d. Məncə, Asif Ata Nəsimi zəfərini əldə elədi. Türkün insana olan sevgisi çox böyükdür. Nəsimi deyirdi ki, “Hər kim etmirsə insana səcdə, ol məndə şeytan gələr, şeytan gedər”x9d. Asif Atada isə bundan yüksək İnam yarandı, haray səviyyəsinə gəlib çatdı. Bəşərə yol göstərdi ki, “Bəşərin nicatı insanlaşmaqdadır. İnsanlaşın ”“ İnsanlaşdırın!”x9d.
xa0Türk mahiyyətcə yolçudur. Asif Ata deyirdi ki, mənim yoldaşım yoldur. Bu gün Ocağın Evladları, Asif Atanın fikrinə ortaq olanlar yoldadır, türk millətinin özü yoldadır. Belə söz var ki, türkün kökü yolda düzəlir. Bizim də kökümüz yolda düzəlir.
Ruhsal bütövlüyümüzü Asif Ata yaratdı, siyasi bütövlüyümüzün əldə olunmasına bizim hər birimizin qatqısı olacaqdır. Ulusumuz var olsun!
xa0
İlqar Türkoğlu: Hər birinizi xoş gördük, dəyərli dostlar. Doğrudan da, bu gün Atanın “İnsanlaşın ”“ İnsanlaşdırın!”x9d fəlsəfəsinin bu kürəsəlləşən dünyamızda dəyərləri tam bitməyə başlayıb. Mən tez-tez Türkiyədə səfərdə oluram. Bu yaxınlarda Azərbaycanımızın bir parçası olan Dərbənddə də oldum. 80 milyonluq Türkiyədə mən türkçülük görmədim, əhalisinin 90%-i azərbaycanlılar olan Dərbənddə türkçülük gördüm. Türkiyədə tədbirlərdə, o cümlədən Türkiyə Milli Düşüncə mərkəzində müxtəlif söhbətlərimiz olub. Söz yox, ülküçülər, ümmətçilər, türkçülər, millətçilər o görüşlərə qatılıblar. Çoxları özlərini millətçi hesab edirlər. Bizim dostlarımızın birinin Ataya peyğəmbər deməsi onları çox ilgiləndirib və qəzəbləndirmişdi. Həmin adamı ordan dışladılar. Mən onlara sual etdim, necə olur ki, Batıköydən bələdiyyə başqanlığına erməni adayı göstərə bilirsiniz, bir türkçünün öz Atasına, Ocaq başçısına peyğəmbər deməsinə görə dışlayırsınız?! Belə düşüncə ilə millətçilik eləmək olmaz.
İndi bir şeirimi oxumaq istəyirəm:
xa0
Qiblə gəzib, ay namazı sorulan,
Babəkinin qollarından vurulan,
Şərəfini qanla yuyub, durulan,
Azad etsən, Laçın, Şuşandı qiblən!
Yol göstərir biri İrana sarı,
Birisi sür deyir virana sarı.
Yetər ey türk, özün yaranı sarı,
Özcə əlin, özcə başındı qiblən!
Düşməyir dilindən, ərəb deyirsən,
xa0Dağılmış qəbrinə Hələb deyirsən,
Günahında batır “ya rəbb”x9d deyirsən,
Körpə qızların göz yaşında, qiblən.
Qılıncından keçirdi bir gecədə,
Asılmışdı oğlun-qızın küçədə,
Yüzillərdi yatdın “min bir gecə”x9ddə,
Nağılında bitib, çaşandı qiblən.
Ümmətində şəcərəsiz soydular,
Qardaşı da durub üzə qoydular.
Nəsimimi diri-diri soydular,
Tarixlərə şahid yaşındı qiblən!
Bu cəhalət ağlına yatdın, yetər,
Falçı-molla nağlına yatdın, yetər.
Tikdiyi astarı üzündən betər,
Dələduzlar yenə peşində, qiblən.
Türk qadını hələ at üstündəydi,
Fərhad Şirin üçün Bisütundəydi.
İbn(ə)ləri gəlib qəddini əydi.
Yad malıydı altı yaşında qiblən!
Bütləşibdi çoxdan ocağın, pirin,
Lotuların cibindədir nəzirin.
Görəcəksən, bir az açıb gözlərin,
Yalan, qorxu düzüb-qoşandı qiblən.
Başlamışdı dərdin farsdan öncəyə,
İtirdiyin çoxdu, rusdan öncəyə,
Gedib çıxdın, yenə Qarsdan öncəyə,
Xilaskarın, həmən Paşandı, qiblən!
Öz gəmimdən pay istəyib yetirən,
Yağmalandıq özümüzü itirən,
Qanlarıyla milyon lalə bitirən,
Torpağındı, neçə daşındı qiblən!
Keçmişinlə, özün özünlə öyün,
Qoy çalınsın “Cəngi”x9d üstə toy-düyün.
Bayrağını hər gün öpüb qoyduğun,
Gözlərinin üstə qaşındı qiblən.
xa0
Xaliq Bahadır: Sayğılı bəylər, sayğılı xanımlar. Mən Ocaqçı deyiləm. Azərbaycan xalq hərəkatını yaradanlardan biriyəm, o yolda bu gün də yürüyənlərdən biriyəm. Hərəkatımız bu gün uğursuzluğa gəlib çıxdı. Bizim 20-ci ildə yaratdığımız bir çox hərəkatlar kimi. Subyektiv, obyektiv nədənləri var. Bu yaxınlarda bir kitab yazmışam, obyektiv nədənləri ilə bağlı. Bizdə bəzi adamlar var, deyirlər içimizdə düşmən axtarmayaq. Görünür onlar özləri elə düşməndirlər. Asif Atada da var: Birinci içimizi düşməndən təmizləməliyik. Səttarxan hərəkatında da, başqa hərəkatlarımızda da birinci içindən yıxılıb. Birinci içindən yıxılıb, sonra çöldən. Dediyim kimi, bu gün də mən hərəkatçıyam, o yoldayam. Çünkü mənim güclü bir liderim var, ideyam var. O, ulusal, ulu öndərimiz Məhəmməd Əmin Rəsulzadədir. Rəsulzadə yalnız Azərbaycanın deyil, bütün Türk Dünyasının, bütün Doğu dünyasının lideridir, onu öyrənmək gərəkdir. Bəzən çıxıb tribunaya deyirlər ki, yolumuz Elçibəy yoludur, yalan deyirlər. Onlarla söhbətlərdən, hərəkatımızın uduzmağından bilirəm. Rəsulzadə yolu deyil onların yolu. Rəsulzadə yolu bütünlüklə başqa yoldur. Mən Rəsulzadənin yalnız yaradıcılığını oxuyub öyrənməmişəm, onun, filosof dostum Yadigar Türkellə bir yerdə, 6 kitabını işləmişəm. Çağdaş Azərbaycan dilinə onu çevirmişik bir yerdə. Bir az da qabağa aparmışıq Rəsulzadəni. Bugünkü gəncliyin anlaması üçün, bilməsi üçün Rəsulzadə nə deməkdir. Deyirlər Atatürk Rəsulzadəyə düşmən olub, bütünlüklə yalandır. Stalin basqısından Rəsulzadəni çıxaran o olub. Görün Atatürk Rəsulzadəyə nə deyib. Deyib sənin istədiklərini, sənin ideallarını, sənin amacını bacardığım qədər yerinə yetirdim, gerçəkləşdirdim. Rəsulzadədən qabaq Əli bəy Turan (Hüseynzadə) Türkiyəyə türk dili aparmışdı. İlqar bəy dedi ki, Türkiyədə türkçülük yoxdur, onu mən çox yaxşı bilirəm. Türkiyəyə 20-ci yüzilin başlanğıcında türklüyü birinci Əli bəy Hüseynzadə apardı. Atatürk deyir, mənim müəllimim Ziya Göyalpdır. Ziya Göyalpın yazılarını mən oxumuşam. Deyir mənim müəllimim Əli bəy Turandır.
Azərbaycan nə deməkdir? Azərbaycan Babək deməkdir, Nəsimi deməkdir, Nəimi, Səttarxan, Əli bəy Turan, Məhəmməd Əmin Rəsulzadə deməkdir. Bu gün “Azadlıq”x9d qəzetində yazım çıxıb, sonuncu yerə tarixi sırasıyla, yaşıyla gələndə Asif Atanı qoymuşam. Bu, elə-belə deyil. Azərbaycanın nə olduğunu bilən adamam. Mən bunu gəncliyə görə deyirəm, özümə görə demirəm. M.Ə.Rəsulzadə ona görə böyük adam idi ki, Azərbaycanın nə olduğunu bilirdi, duyurdu, anlayırdı.
Asif Atanın ölməzliyi, böyüklüyü ”“ Azərbaycanın nə olduğunu duymağı, bilməyi, anlamağı idi. Mən bunu öyrəndiklərimlə deyirəm, araşdırmalarımla deyirəm. Babək də duyurdu, bilirdi, anlayırdı. Baxsanız bir tel gəlir. Babəkin ailəsini dağıtdılar, ərəblər dağıtdı, bilirsiniz. M.Ə.Rəsulzadənin ailəsini dağıtdılar, rus imperiyası dağıtdı, ailəsini sürgün elədilər Qazaxıstana, orda qırıldılar, darmadağın oldular, özü Avropada. Asif Atanın ailəsini dağıtdılar. Hamısının kökündə Azərbaycana bağlılıq durur. Bütün varlığıyla Azərbaycanı sevmək durur. Azərbaycan özü bir sehrdir. O sehrə hamımız girməliyik. Tək Rəsulzadələr yox, Asif Ata yox, hamımız ora girməliyik. Ora girəndən sonra biz yenilməz olarıq.xa0 Bizə nə içdən güc çata bilər, nə dışdan. O Azərbaycanda ayrı bir sehr olardı. Nəsimi o sehrin qurbanıdır, Babək o sehrin qurbanıdır, Rəsulzadə, Asif Ata o sehrin qurbanıdır. Azərbaycan anlayışında ayrı güc var. Biz ona vurulmalıyıq, ona bağlanmalıyıq, onunla yaşamalıyıq. Mənim özümü o yaşadıb, məni çətinliklərdən o qoruyub. Gənclik olaraq bunu bilməlisiniz. Asif Ata bütünlüklə bunun içində idi. Mən Asif Atanı sonradan öyrənmişəm. Son illərdə öyrənmişəm. Asif Ataya vurulmuşam. Rəsulzadədə özümü tapmışam, o yolu gedirəm. Dönməzlik yoludur. İkinci Asif Atada tapmışam. Belə baxanda ayrı-ayrı adamlardır, ayrı-ayrı dünyalardır. Ancaq içinə girin, Azərbaycanı görəcəksiniz. Bütöv Azərbaycanı görəcəksiniz. Ayrı Azərbaycan yoxdur. M.Ə.Rəsulzadədə bölünmüş Azərbaycan yoxdur. Asif Atada bölünmüş Azərbaycan yoxdur. Bütöv Azərbaycan var.
Bayaq Ocaqçılar danışdılar, Asif Ata İnsanlığı qaldırdı, Nəsimidən gəlir. Babəkdən gəlir. Dədə Qorquda baxsanız, görərsiniz insanlar necə özgürdürlər. Türkün yaşamı ordadır. Asif Ata bunları ayrı-ayrı deyir. M.Ə.Rəsulzadə bunları ayrı-ayrı demir. Çağ ayrı idi. M.Ə.Rəsulzadə qaçaqaç bir çağın içində idi. Deyirdi “insanlara hürrüyət, millətlərə istiqlal”x9d. Asif Atada qaçaqaç deyil, əsaslıdır.
xa0Biz neyləməliyik bu günün azərbaycanlıları olaraq, Azərbaycan türkləri olaraq?! ”“ Asif Atanı, nə yolla olur-olsun, Türkiyəyə verməliyik. Çünkü onlar yollarını itiriblər. 20-ci yüzilin başlanğıcında onlar yollarını itirmişdilər, biz onları yola gətirdik. İndi türk deyəndə deyirlər Türkiyə. Bu gün səviyyəsiz adamlar Türkiyə türkcəsindən nəsə uyğunlaşdıranda yazırlar türk dilindən çevirəni filankəs. M.Ə.Sabir 11-ci ildə ölüb. O belələrini lağa qoyub, haçan deyib onu bilmirəm. Deyir “Osmanlıcadan tərcümə türkə, bunu bilməm”x9d. Biz onda türk adlanırdıq, qardaşlar, bacılar. Biz onda türk adlanırdıq, onlar Osmanlı adlanırdı. İndi biz olmuşuq azərbaycanlı, hələ bir az da səviyyəsizləri bizə azəri deyir. İndi mən görürəm yaxşıca bir gənclik yetişir. Hamılıqla bir yerdə Türkiyəyə türklük aparmalıyıq. Güney Azərbaycanda o oyanış çoxdandır. Mən bunu nəyə görə deyirəm?! ”“ Bütövləşməliyik biz. Birinci, düşüncəmizdə bütövləşməliyik. Sağ olun.
xa0
İbrahim İlyaslı: Dəvətə görə təşəkkür edirəm. Burda çox gərəkli söhbətlər eşitdim. Asif Ata və onun fəlsəfəsinə münasibət bildirmək mənlik deyil. Ancaq çox böyük sayğı duyduğum, sevgi bəslədiyim böyük bir şəxsiyyətdir. Azərbaycanın və türkün tarixində öz imzasını qoymuş bir nəhəngdir. Onu qəbul edən də olsa,xa0 olmayan da olsa bu, belədir.
İndi bir şeirimi demək istəyirəm:
xa0
Mənim yüküm ağırdır, dost,
Mənlə yola varamazsın.
Mənim göyüm sağırdır, dost,
Sən altında duramazsın.
xa0
Mən gah yoxam, mən gah varam,
Qarda odam, odda qaram,
Quluna aciz münkaram,
Niyə, nədən biləməzsin.
xa0
Nədi əyrimdə düz, deyim,
Nədir birində yüz, deyim,
Gəl, könlünə bir söz deyim,
Bir də məni aramazsın.
xa0
Rafiq Turabxanoğlu: Asif Ata haqqında, bir şəxsiyyət olaraq, həmişə söz demişəm. O sözlərin də üstündəyəm. Mən bir şeyə əminəm ki, bu kişinin adını yaxşı çəkən adam Azərbaycana gərəklidir. Atanı bir az mütaliə edən adamla danışmaq olar.
İnsanlaşma məsələsi, təbii ki, problemdir. Bəşəriyyətin problemidir. Avropa bu məsələnin qarşısında çox çalışır ki, neyləyək. İnsan dava edir, müharibə edir, bir-birini öldürür. Bunun qarşısını almaq üçün çalışdılar, dünya üzrə qərar qəbul elədilər ki, insan haqları filan-filandır, yük bunun üzərində qurulur, istənilən dövlət buna əməl eləmirsə, deməli, yaxşı dövlət deyil. Ancaq bu məsələnin də çox qəliz tərəfləri var. Orda o qədər məsələlər var ki, onu nə mən, nə sən yaxına qoyarsan. Əgər olmalıdırsa, mütləq olmalıdır, tam olmalıdır, yarımçıqlıqla heç hara getmək olmaz.
Çox şadam ki, belə tədbirdə belə gözəl insanları bir yerə yığmısınız. Burda min adam da olsa və hər biri Asif Ata haqqında söz desə, hamısı doğrudur. Çünkü səhv demək olmaz. Çünkü səhv ola bilməz. Bu sözlərin hamısı da gərəkdir, çünkü Asif Atadan danışırıq. Bir də var, həlledici. İndi gərəkli sözlərin, gərəkli çıxışların içindən həlledici sözləri meydana qoya bilək. Biz bir millət olaraq bu faktorları bir-birindən ayıra bilmirik. O tərəfdən elə gözəl söz deyirlər ki, bu həlledici sözü qoyuruq bir tərəfə. Belə-belə yüzilləri yola veririk. Bir yerə yığışa bilmirik, millət kimi formalaşa bilmirik. Bayaq Ocaq əməllərini izlədik, bunlar mənim üçün həlledicidir. Bunları qabartmaq gərəkdir. Bundan hamı bəhrələnər. Mən həmişə sizi izləyirəm. Asif Atanın ən böyük əsərləri sizsiniz. Bundan da böyük heç kəs bu dünyada qoyub gedə bilməz. Dünyanın ən varlısı Asif Atadır. Var olun.
xa0
Ayaz Şıxalıoğlu: Mən hamıya bəri başdan minnətdarlığımı bildirirəm ki, Asif Atanın bu Törəninə gəliblər. Sonra mən təşəkkürümü bildirmək istəyirdim Xaliq Bahadır bəyə. O məni tanımasa da, mən onu yazılarından oxumuşam. Onun sözündə həqiqət var. Azərbaycan Cavidi tanımalıdı, Nəimini tanımalıdı, Asif Atanı tanımalıdı. Bu duyğu ilə yaşamalıdı. Bu sehrə düşən adam ondan ayrıla bilməz.
Mən 35 yaşımda bütün şeirlərimi yandırmışam, demişəm ki, daha şeir yazmayacam. Ancaq 95-ci ildə Hələb şəhərində olanda gördüm ki, o müqəddəs sayılan yerlərdə adamlar dağı-daşı, qəfəsi öpürlər, Məhəmməd peyğəmbərin qızının gömüldüyü yeri öpəndə, öz-özümə dedim ki, mən Babəkdən yazmalıyam. Çünkü mənim içimdə Azərbaycan vardı.
Mənə söz veriləndə içimdə belə bir həyəcan qopdu, hətta başladı səsim də titrəməyə ki, bu heyrətin qarşısında adam yalnız lal ola bilər, daşa çevrilə bilər. Hardan başlayasan bilmirsən. Çünkü bunun sehri də ümumbəşəri dildədir, insanlığındadır. Çünkü Babəkin canında qəsbkarlıq yox idi. Dədə Qorqudda qəsbkarlıq yoxdur. Nəsimidə yoxdur. Caviddə yoxdur. Asif Atada yoxdur. xa0xa0
Peyğəmbərlər bəlli bir quruluşu dəyişdilər. Bu gün də Quruluşu dəyişən Asif Atadır. O biri peyğəmbərlərdən üstün yeni bir düşüncə gətirdi. Bizim düşüncələrimiz dinlə, xurafatla bərkiyib. Asif Ata xurafatı dağıdıb insanın ləyaqətini özünə qaytarır, onu köləlikdən çıxarır. Özünü özünə tanıtdırır. Onun qarşısında böyük üfüqlər açır...
Babəkin döyüşçülərə hökmü vardı. Deyir ki, sizə ölməyi yasaq edirəm. Əgər xalq əsarətdədirsə, döyüşçü ölməməlidir. Bu dərdlə ölmək olmaz. Qürbətdə olanda bir şeir yazdım.
xa0
Nə vətəndə ölə bildim, nə də qürbətdə.
Qürbətdə ölmək ”“ vətənə xəyanətdir.
Ölməyə də qoymadılar, vətən.
Sevgim ürəyimdə qaldı,
Ölə də bilmədim bu dərdlə, vətən,
Ölə bilmədim.
Ölmək ”“ dərdə xəyanətdir.
xxx
Kəsdilər qollarını, Babək.
Qorxaqlar qaldı.
Qınamıram onları
Qorxaqların qolu yoxdur.
Üstündən adladıq, Babək, min ildir ki, yol gəlirik.
Qorxaqların yolu yoxdur.
Min ildir ki, üzü qibləyə ölürük,
Qolların qibləmiz olmadı.
xxx
Düşünmək, xəyala dalmaq.
Xəyala daldıqca düşünmək.
Bir anda ötüb keçməli ulduzları,
Sonsuzluğun sonuna yetməli.
Baş vurmalı ehramlara,
Qaranlıqlardan sirləri öyrənməli.
Bir xurma ağacının altında nəfəsini dərməli:
Bura Bağdaddımı?
Doğmadımı, yaddımı?
Burda doğradılarmı ruhumu?
Qolsuz, oğulsuz Yurdum,
Ruhsuz, qanadsız Yurdum!
Bayrağında yaşılı ”“ xəyanətin yaşıdı!
“Yaşıl”x9d üstə axıtdılar qanımı.
Ruhum sərgərdan...
Nə vaxtacan , nə vaxtacan?!
xxx
xa0
Bu gecə
Sahildə dayanıb dənizə baxdım.
Hər tərəf qaranlıq,
hər tərəf qara su.
Tökülmüşdü dənizə
gecənin qarası.
Dalğalar qoşun-qoşun
çıxırdı sahilə.
Dəniz Xilafətin ordusu.
Bu gecə
yaxın düşə bilməz mənə
ölüm qorxusu.
Titrədir könlümü
Xilafəti dağıtmaq arzusu.
Dönüb baxdım”¦ Ev-ev, küçə-küçə
İşıq içindəydi şəhər.
Sanki əllərində məşəl,
Dayanmışdı xürrəmilər!
xa0
xxx
xa0
“Nizami”x9d metrosunun qabağında,
Özü də axşamüstü,
qara çadralı qadınları gördüm ”“
ürəyim düşdü...
...Külək əsirdi,
yellədikcə çadraları,
bu qara məxluqlar
qanadlı əjdahaya,
yarasaya dönürdü.
İllah da ki, gözləri ”“
elə bil insan gözüydü.
Birdən çadralar yeridi ”“
Xilafətin canlı qara bayraqları!
“Nizami”x9d metrosunun qabağı ”“
döyüş meydanı!
(Metrodan çıxanlar ”“ Xilafətin ordusu,
Metroya girənlər ”“ yenilmiş Xürrəmilərdi!)
İrəliləyirdi qara bayraqlar,
İrəliləyirdi!
Gözümün önündə...
... Vətənim ... can verirdi!
xa0
Ağşın Ağkəmərli: Atanın 80 illik tədbirinə dəvətinizə görə sizə təşəkkür edirəm. Bu qədər gözəl çıxışlardan sonra danışmaq çətindir. Bizim tək-tək dostlarımızın ürəyində bütöv Azərbaycan yerləşir, Borçalı yerləşir, Dərbənd yerləşir, İrəvan yerləşir, eyni halda Təbriz yerləşir. Ona görə də bizim sözlərimizin yüzdə doxsanı bir-birinə oxşardır. İfadələr bir az başqadır. Bunu duyduğuma görə səhər yazı yazdım ki, onu oxuyam. Çünkü danışanda geniş danışılır (vaxtınızı çox almaq istəmirəm), yazıda isə daha yığcam olur.
xa0
xa0
Asif Ataya
xa0Atanı şair kimi duydum,
xa0heyran qaldım.
Yazıçı, alim kimi aradım,
Üstün gördüm.
Onda olan dahiliyə, Atalığa qürurla baxdım.
O, məni yuxulardan oyatdı.
O məni məndə yenidən yaratdı
Özümdəki böyüklüyə çatım deyə.
Böyük bir mən yaratdı
Böyük mənliyimi, itkin kimliyimi tapım deyə;
hər kəsi özüm kimi sevim deyə;
özümdəki üstünlüyə, ucalığa çatım deyə.
Bütün “mən”x9dlərdə
bir “mən”x9d olmaq üçün,
millət üçün, dövlət üçün,
Bütöv bir Azərbaycan üçün...
Mən nifrətdən uzaq sevməyi öyrəndim,
cəhənnəmi yox, cənnəti öyrəndim,
ayrılıqdan çox birliyi öyrəndim,
sənsizlikdən çox səni öyrəndim,
Yoxdan çox Varı öyrəndim...
O, varlıqdakı kainatı
O, məndəki “mən”x9di mənə öyrətdi.
O, sürünməyi yox,
xa0uçmağı öyrətdi...
Söz öyrətdi, ”“
Hər sözün varlığında mən,
Əsrarında sən oldun!
Kainatın kimliyində
yüksələn, haraylaşan ”“
əbədiləşən bir Söz öyrətdi.
Ey insanlar!
İnsanlaşın ”“ İnsanlaşdırın!
xa0
Həmid Ormanlı: Dəvətiniz üçün təşəkkür edirəm. Çox gözəl çıxışlar oldu. Belə tədbiri protokol qaydasıyla çox gurultulu keçirmək olardı. Ancaq indi tədbir daha səmimi, daha gözəldir. Bu tədbirə qatılmaq ağır bir sorumluluqdur, şərəfdir. Danışmaq, doğrudan çətindir mənə. Burda çıxış edənlər haqq edirlər danışmağa.
Bir də görürsən insanlarımız elə asanlıqla danışırlar ki. Əgər danışdığını dərk edirsənsə, bəs onda hardaydın, nə etmisən?! Belə şeylər var. Mən də ayağa qalxdım ki, sorumluluğumu duyum. Asif Ata var olsun. Sağ olun.
xa0
Babək Muğanlı: Mən birinci dəfədir ki, belə bir Törəndə iştirak edirəm ”“ səmimi, gözəl. Asif Atanı çoxdandır oxuyuram. Asif Atanın Ocağından çıxan yaxın dostlarım olub. Burda danışılanlardan faydalandım.
xa0
Dünya mənim ürəyimcə olaydı,
Yandırardım silahları dünyada.
Büt sayılan Allahları dünyada,
Mən yuyardım günahları dünyada,
Dünya mənim üəryimcə olaydı.
xa0
Bəhmən Sultanlı: Asif Atanın 80 illiyi münasibətiylə təşkil olunmuş törənə çağırdığınıza görə təşəkkür eləyirəm. Bu gün mən Asif Atayla bağlı çox böyük bir hadisənin şahidi oldum. Olduqca möhtəşəm gözəl çıxışlar oldu. Bu çıxışları məmnuniyyətlə, ürəyimdən gələn sözlərin ifadəsi kimi qəbul elədim. Mənə olduqca yaxşı etki göstərdi.
xa0Mən deyərdim ki, Asif Atanı ən çox tanıyan 2 nəfər, 5 nəfər varsa, onun biri mənəm. Ona görə ki, biz Asif Atayla bir yerdə işləmişik. Asif Ata məndən sonra gəlib Bakı Dövlət Universitetinə. Asif Ata BDU-da Estetika kafedrasında işləyirdi. O, universitetə gələndə qısa müddətdə diqqətləri cəlb eləmişdi. Mənim işlədiyim fakultə Asif Atanın işlədiyi korpusla üz-üzə yerləşirdi. Müəyyən fakultələrdə, auditoriyalarda dərs deyirdi. Mənim üçün çox maraqlı idi. Asif Atanın başına gənclər yığışırdılar. Bir az keçəndən sonra bizi Asif Ata ilə Məhəmməd Tantəkin tanış elədi. O məsələdə güneylilər çox həssas idilər. Onlar bilmirdilər Asif Atanın ortaya çıxmasını necə qəbul eləsinlər. Son dərəcədə sevinirdilər, xalq üçün böyük bir olay hesab eləyirdilər.
Xudu müəllim Asif Ata ilə hərdən bir yerdə olardı və söhbətləşərdilər. Günlərin bir günü belə bir söz yayıldı ki, Asif Atanı sıxışdırırlar, tutmaq istəyirlər. Onda o, Asif Əfəndiyev idi. Xudu müəllim dedi ki, bu hökümət yeni fikirli adamları sevmir. Ona görə Asif Atanı belə izləyirlər.
Bir dəfə də yoldaşlar dedilər biz də gedək, biz də danışaq. Asif Atanın yığıncaqlarının birində iştirak eləyək. Xudu müəllim belə bir məsləhət dedi ki, gərək deyil. Asif Ata gənclərə hər şeyi deyir, bizə orda elə ehtiyac yoxdur.
Asif Ata uzun müddət belə çalışdı (fəaliyyət göstərdi). Asif Atanın yolu çox geniş yol idi. Xaliq bəyin sözü xoşuma gəldi. Doğrudan da, Asif Atanın yolu başlayır Babəkdən, Nəimidən, Nəsimidən. Bu böyük bir məsələdir. Asif Ata belə təbliğ olunsa, Onun işinin xeyrinə olar.
Mən sizin çox vaxtınızı almaq istəmirəm, sözümü burda bitirmək istəyirəm. Bir daha hamınıza təşəkkür eləyirəm. Diqqətlə mənə qulaq asdınız. Asif Atanın adı gələn yerdə mən həmişə hər şeyə hazıram.
xa0
Muğam çalğısı dinlənilir.
xa0
Əbdül müəllim: Soylu bəy də dedi, biz 2000-ci ilin başlanğıcından görüşürük, fikir bölüşməsi aparırıq. O illərdə bizim məktəbə gəlmişdilər. Bir az tərəddüdlə gəlmişdilər ki, birdən direktor icazə verməz. Onda mən direktor yardımçısı işləyirdim. Dedim ki, direktorla danışaram. Direktora başa saldım ki, kimdir, nə cür alimdir, nə cür filosofdur. Direktor qəbul elədi, dedi keçirin tədbiri. O vaxtdan mən bu ideologiyanın, bu fikrin, bu alimin vurğunu oldum. Bir neçə Ocaq tədbirinə qatılmışam.
xa0Mən də bir muğamşünas kimi muğamın tədqiqatıyla məşğul oldum. Mənim müəllimim Kamil Əhmədov olmuşdur. O da böyük karifey sənətkarın ”“ Seyid Şuşinskinin tarzəni olmuşdur. Mən də 30 il Kamil Əhmədovdan dərs almışdım. Muğamın sirlərini Seyid Şuşinski məktəbiylə Kamil Əhmədov mənə çatdıra bilmişdi. Bununla bağlı bir çox jurnallarda məqalələrim çıxırdı.
Muğam haqqında oxuduğum əsərlər qane eləmirdi məni. Asif Atanın dediyi fikri tapa bilmirdim heç bir tədqiqat əsərində. Zərb muğamlarını çap elətdirmişəm dərslik kimi. Mən Asif Atada tapdım ki, muğam nədir, nəyə görədir? Biri təbii hadisələrlə bağlayır, biri nəzəri tərəfdən təhlil eləyir. Ancaq mahiyyət yoxdur. Bu günə kimi tələbələrimə də deyirəm ki, Asif Ata 4 misrayla muğamın mahiyyətini açıb qoyur. Orda epiqraf vermişəm:
xa0
Musiqi barmaqla çalınan deyil,
Ölçü qalıbına salınan deyil.
O, Ruhun Göylərə qovuşmasıdır,
İlahi Məqamdır, adi an deyil.
xa0
Durduğun yerdə gözündən yaş axır, insan özünü unudur. İlahi məqamda insan özünü unudur.
Ocağın ideyasıyla tanış olmaq mənə sənətimdə çox kömək elədi. Yoxsa biri dedi ki, “Cahargah”x9d göy gurultusudu, biri dedi yağışın damcısıdır. Hər şey ”“ sənət, ədəbiyyat, rəssamlıq insan üçündür. İnsanın kamilləşməsi, onu əxlaqlı saxlaması üçündür. Muğam da, həmçinin, insanın insanlaşması üçündür.
Asif Atanın bayaq kanonda çalınan “Harayları”x9dnı illər öncə mən nota köçürmüşəm. Qızlar sağ olsunlar, yaxşı ifa elədilər. Vaxtınızı çox almaq istəmirəm, sağ olun. (hamı alqışlayır - T.A.) xa0
Qəzənfər Məsim oğlu: Asif Atanın 80 yaşı qutlu olsun deyirəm. İnsanlıq, bəşəriyyət haqqında düşünənlər ölmür, yaşayır. İcazə versəniz, Asif Atanın xa0çox xoşuma gələn bir-iki bənd rübaisini oxuyardım sizə.
xa0
Təbdən süzülməyən sözə inanma!
Nurla bəzənməyən üzə inanma!
Könül dünyasının dərinliyində!
Möcüzə görməyən gözə inanma.!
xa0
Üzündəki qəmli həyəcan nədir?
Gözlərindən axan o leysan nədir?
Ruhun ülfətinə can atır cahan ”“
Əcəlin əlində ölən can nədir?
xa0
Dərdini qəlbinlə bölə bilərsən,
Onunla danışıb gülə bilərsən,
Çovğunlu, şaxtalı qış günlərində
Günəşi qəlbində görə bilərsən.
xa0
xa0xa0Vətənsevərlik yönündə yazdığım bir şeirimi də demək istəyirəm. Bizim aramızda dəbdədir, ilk dəfə görüşəndə soruşurlar ki, haralısan? Mən buna bir şeir yazdım.
xa0
Azərbaycan övladıyam,
Haralısan?- demə mənə.
Dədəm Qorqudun adıyam,
Haralısan?- demə mənə.
xa0
Ulu türkdür köküm, soyum,
Əcdadımla qürur duyum.
Sənlə birdir yasım, toyum,
Haralısan?- demə mənə.
xa0
Yadlar bizi qaralayıb,
Canı candan aralayıb,
Ürəyimi paralayıb,
Haralısan?- demə mənə.
xa0
Borçalıyla Zəngəzurum,
Odu sönmüş közüm, qorum,
Bu torpaqdır gücüm, zorum,
Haralısan?- demə mənə.
xa0
Əsir, yesir Qarabağım,
Arım, acım, sinə dağım,
Göyçə laylam, Dərbənd ağım,
Haralısan?- demə mənə.
xa0
Cəbrayılam, Zəngilanam,
Füzulidə obam, xanam
Dərd daşıyan bir insanam,
Haralısan?- demə mənə.
xa0
Ayrı düşən Naxçıvandır,
Bir bədəndə iki candır,
Təbriz dedim, cismim yandı,
Haralısan?- demə mənə.
xa0
Qubadlıyam, Kəlbəcərəm,
Laçın, Ağdam, dağım, dərəm
Məsim oğlu Qəzənfərəm,
Haralısan?- demə mənə.
xa0
Tahirə Məğrur: Doğrusu, törən məni o qədər tutdu ki, o qədər ruhum sakitləşdi ki, içim dincəldi sanki. Özəllikcə də “Bəşərin nicatı İnsanlaşmaqdadır! İnsanlaşın ”“ İnsanlaşdırın!”x9d. Bu söz o qədər məni tutdu, o qədər ürəyimə yatdı, artıq söz deməyə, mənə elə gəlir, bir az çətinlik çəkərəm. Ancaq sizə bir-iki bənd şeir söyləyəcəm.
xa0
Yamanca durubdu fələk qəsdimə,
Min yerə bölünüb bir olan canım.
Dərd, kədər qoşunla gəlir üstümə,
Kədər körpüsünə vurulan canım.
xa0
xa0
Yaşıl ormanların kövşən olubdur,
Əkdiyim gül-çiçək yovşan olubdur,
Bir zərif, bir ürkək dovşan olubdur,
Qorxmaz pələng olan, şir olan canım.
xa0
Ölənə min rəhmət, sağlar görünmür,
Bülbüllər oxumur, bağlar görünmür,
Gözə başı qarlı dağlar görünmür,
Bir vaxt oylağında gül olan canım.
xa0
Gözüm su içmədi zalım fələkdən,
Ovuldum, ələndim keçdim ələkdən.
Keçdiyim bu yolda min bir kələkdən,
Baş-başa müəmma, sirr olan canım.
xa0
Çağlayan sularım lillənib qalıb,
Axarı tutulub göllənib qalıb,
Tahirə Məğrur da gillənib qalıb,
Coşan Araz olan, Kür olan canım.
xa0
Soylu Atalı: Elə ümumi ruha uyğun vətən sevdalı şeirlərdir. Sağ olun. Mənim eloğlum və ağsaqqal aydınımız İsa Mehdioğlunu dinləyək.xa0
xa0İsa Mehdioğlu: Çox sağ olun, söz verdiniz. Mənim işim elə yöndədir ki, gərək bir az dinlə bağlı danışam. Hamıya aydındır ki, din insanlıq qədər qədimdir. Bütün mədəniyyətlər dindən istifadə eləyiblər. Din mağara dövründən başlayıb, iki böyük cərəyan üzərində inkişaf eləyib: biri Vacibul-vücud, o biri Vəhdəti-vücud. Bu böyük cərəyanlar bu günə qədər vuruşa-vuruşa gedir. Vəhdəti-vücudçularla vacibul-vücudçuların dünya görüşü bir-birindən ayrılır. Kiməsə maraqlı gəlsə, “Quran”x9dın “Bəqərə”x9d surəsini oxuyar. “Quran”x9dın o tərcüməsi tamamilə vacibul-vücud fəlsəfəsini insanın gözünün qabağına qoyur şəkil kimi. İnsanı Allahın qarşısında robot eləyir. Vəhdəti- vücud fəlsəfəsi isə Allahı təbiətlə, insanla bir yerdə tanıyır. Bilirsiniz nə qədər filosoflar, təsəvüfçülər qırılıb bu yolda. Vacibul-vücud fəlsəfəsi asan olduğu üçün bütün dinlər bununla gedir. Elə ki, filosoflar bir az dərinə gedirlər, məcbur olub vəhdəti-vücuda qarışırlar. Bu yerdə onları asıb, kəsiblər. Nəimidən başlamış, Ərəbi o yolun karvanıdır, Mənsur Həllac, Sührəvərdi o yolun karvanıdır. Ən axırıncı bu yola doğma olan mən deyərdim ki, Asif Atanın yoludur. Təbiətlə, insanla Allahı birləşdirir. “İnsanlaşın, İnsan olun”x9d deyəndə ruhaniyyatca onu yaradır. Bax, bu vəhdəti-vücud fəlsəfəsinə doğmadır. Uzun aradan (fasilədən) sonra Asif Ata bu gün yaranıb, bu ideyanı verib xalqa. Bu ideyanı yaşadan, yaradan xalq nə qədər bacaracaq yaşadacaqdır, zaman göstərəcək.
xa0Türk dünyasında yaranan Tanrıçılıq dini vəhdəti-vücud üzərində yaranıb. Yazılı heç nə olmasa da, bu gün Xızır haqda, Tanrıçılıq haqda gələnəklər var. Kim vərəqləsə görəcək ki, hamısı vəhdəti-vücud əsasında gəlir. Bu gün Asif Ata Tanrı məsələsinə daha dərindən yanaşır. Mütləqə İnam fəlsəfəsiylə- yeni aşama başlayır. Mütləq həyata uyğun, gerçək bir dünyagörüşdür, fəlsəfədir. İnsanın içindən gələn bir fəlsəfədir.
Mən ancaq bunu deyə bilərəm ki, Ocağın Evladlarının başları həmişə uca olsun. Bu ideyanı yaşatsınlar, genişləndirsinlər.
Oruc bəy: Soylu bəy mən ancaq sizə təşəkkür eləyəcəm. Çox məmnun qaldım. Həmişə izləyirdim, izləməkdə davam eləyəcəm. Yəqin ki, biz daha çox yaxınlaşacağıq.
Soylu Atalı: Sağ olun. İndi isə Asif Atanı özünün müəllimi sayan, Atadan ilham alaraq əsərlərində yeniliklər eləmiş rəssam qardaşımız Vaqif Ucataya söz verək.
Vaqif Ucatay: Çox sağ olun. İlk növbədə məni dəvət etdiyiniz üçün minnətdaram. Bu gün milyard yarım rəzillərin, yazıq heyvanların qanına susadığı bir vaxtda, canfəşanlıq elədiyi bir vaxtda, Günəşimizin doğmasının 80 illiyinə ”“ Onun işığına yığışdığımıza görə hamımızı qutlayıram. Asif Ata mənim həyatda gördüyüm ən böyük insan idi. Mən Leninqradda təhsil aldığım vaxt, dünya rəssamlığını, Avropa realizmini öyrəndikcə ehtiyac yaranırdı ki, özümü də tanıyım, mən kiməm axı? Nə qədər Leonardo da Vinçinin, Mikelancelonun kölgəsində gedəcəyik?! Başladım incəsənəti öyrənməyə, onun başında Təbriz miniatürasını, məktəbini. Baxdım gördüm ki, Avropa məktəbindən heç də aşağı deyil, qat-qat yüksəkdir. Elə bil mən iti almazın üstə gedirdim. Onun bir tərəfində Avropa məktəbi, bir tərəfində ondan da böyük Azərbaycan məktəbi. Nəyə görə mən bunları öyrəndim? Çünkü Avropanın etkisində olsaydım deyəcəklərdi ki, Avropanı yamsılayır. Ancaq Doğu ruhumda olsam, ot kökü üstə bitər. Ancaq eyni zamanda dünya mədəniyyətini öyrənmək gərəkdir ki, onlarla ayaqlaşasan. Yoxsa çətin olar. Leninqraddan qayıdandan sonra özümü, özümüzü tanımaq üçün həmişə çalışmışam. Orda balaca bir otağım var idi 14 kv.metrlik. Orda bir Azərbaycan ruhu yaratmışdım. Həmişə stəkanım, kəfkirim, nə bilim nəyim. Mənə gərək deyildi onlar. Ancaq orda olanda elə bilirdim ki, mən Azərbaycandayam. Azərbaycanlı uşaqların arasında belə söz gəzirdi ki, gedək Vaqifin yanına Azərbaycanı görməyə. Mənə həyatımda ondan doğma söz heç kim deməyib...
xa0Mən nə qədər aydın sayılanlarla qarşılaşırdım, görürdüm ki, hamısı yarımçıqdır, qüsurludur. Məni tanıyanlar deyirdilər ki, sənin xarakterin Asif Ataya uyğundur. Mən tanımırdım Asif Atanı. Çünkü Ocaq yaranan ili Leninqrada getmişdim. Ancaq Əfəndiyev kimi Onun yazılarından az-çox bilgim var idi. Mən can atırdım onu görməyə. Bir gün qardaşım Çingiz (Soylu bəy onu tanıyır) dedi ki, belə bir filosof danışırdı. Orda mən tələbə yoldaşıma dedim ki, kaş Vaqif burda olaydı. Ancaq ikinci görüşünə getdim. Gördüm, sanki mən danışıram. Ancaq məndən qat-qat yüksək səviyyədə. Heyran qaldım ki, belə insan olarmı? 91-ci ildən onunla görüşmək mənə qismət oldu, ta öldüyü vaxta qədər. Asif Ata, desəm ki, mənim yönümü dəyişdi, yox. Sadəcə mənə çox qüvvətli təkan verdi. Yönümün doğru olduğunu mənə təsdiq elədi. Ona görə əsərlərimdə Asif Ataya çox yer verirəm. Mən yazılarımda da yazmışam ki, həyatda üç adama minnətdaram. Ata-anama, bir də Asif Ataya. Ata-anam məni dünyaya verdi. Asif Ata mənə dünyanı verdi. İnanın ki, tam səmimi deyirəm, Onun adının yanında ölüb sözünü yazmaq olmaz.
xa0Haçanacan bizim peyğəmbərimiz Ərəbistandan gələcək, ideoloqumuz Rusiyadan gələcək, Fransadan gələcək? Niyə? Öz içimizdən yaranmalıdır. Yarandı da. Bu xoşbəxtlik bizə üz verdi. Mən bütün varlığımla əminəm ki, bu elə-belə olay deyil. Min illərlə gəlişəcək, davam eləyəcək. Bura yığışan insanlar da həqiqi azərbaycanlılardır. Mən tam səmimi deyirəm, istənilən birinizə özüm qədər güvənə bilərəm. Asif Atanı sevən adama güvənməmək olmaz. Çünkü mən Atada o şeyləri kəşf elədim.
Mən Əzimzadədə işləyirəm, akademiyada işləyirəm. O yaşda adamlar görürəm, toyuq ağlı qədər ağlı yoxdur. Dəhşətə gəlirəm. Bunlar necə yaşayıb həyatlarını? Ona görə onlarla söhbətim tutmur.
Hamımızı bir daha qutlayıram. Bir kəlmə də bu qardaşım haqda deyim. Tofiq bəy buranı təqdim eləyib tədbir üçün, eləcə də Ulusəs xanım İçərişəhərdəki odasını verib Ocağa. Burda mənim yadıma iki misralıq şeir düşdü. Cəbrayıldan Mərcanlı kəndindən müəllim yazmışdı. O deyir ki,
Kiçik olub böyüklənmək, insanlığa böyüklükdür,
Böyüklüyü görə bilmək, onun özü böyüklükdür.
Həm Tofiq bəy, həm də xanım ruhlu insanlardır ki, bu insanın böyüklüyünü görürlər. Niyə görə mənim vətənimdə krişnaçılara, işlamçılara yer olsun, öz peyğəmbərimə olmasın. Niyə olmasın? Ərəb məni yaşadacaq?xa0 Bəsdir, özümüz olaq. Ərəbdən balaca millətik? Dədə Qorquddan, Babəkdən üzü bəri gələn türkün əqidə xəttidir, mənəviyyat xəttidir bu. Bu vulkanlardır Asif Atanın timsalında yenə püskürdü. Bu elə-belə deyil. Vulkan boş yerə püskürmür ki? Kökündə var. Ona görə əminəm ki, biz basılmayacağıq, millət kimi böyüyəcəyik.xa0
Babək Göyüş: Sağ olun dəvətinizə görə. Zaur Qəriboğlu dedi ki, Asif Atanın 80 illiyi ilə bağlı tədbir var. Məmnuniyyətlə gəldim. Hamınıza bildirmək istəyirəm ki, Asif Ataya hamıdan çox mən doğmayam. Çünkü Asif Atayla eyni kənddənik. Bizim kəndlərimiz arasında 7 km ara var. Təbii ki, xa0Qaraqoyunludan elə kişi çıxmalı idi. Çünkü orda təpədən dırnağa türkçülük ab-havası var. Bir xatırlatma eləmək istəyirəm, 1898, 1903 və 1938-ci illərdə neçədəfə bizimkilər qaçqın düşəndə həmişə Türkiyəyə pənah aparmışdılar.
Asif Ata həmişə mənə doğma olub. Bakı Dövlət Universitetinin öyrəncisi olanda Estetikadan Asif Ata bizə dərs keçirdi. Mən sizi inandırım ki, 5 il orda təhsil aldığım müddətdə elə bir müəllim tanımadım ki, o qədər öyrəncisi olsun. Hamı ona qulaq asırdı. Təbii ki, biz o vaxtlar Asif Atanın dediyi fikirlərin hamısını başa düşmürdük. Ancaq maraqla izləyirdik. Çünkü Sovet ideologiyasıyla böyüyən gənclər üçün maraqlı idi. Sonralar gördük ki, bu çox böyük insanıymış. Sizə minnətdaram. Mən kökündən Asif Ataçıyam. xa0
Soylu Atalı: Bir daha sizə dərin təşəkkür eləyirəm ki, bizimlə zəhmət çəkib bu gün Asif Atanın törəninə qatıldınız. Onu içdən aydın ləyaqətiylə dinlədiniz. Bu, bizim üçün sayğıdır. Bu “Gün”x9d Ocağımızın tarixində önəmli bir səhifə açır.
Sonda Törənlə bağlı sonlaşdırıcı söz demək istəyirəm. xa0
Asif Atanın Ocağı olaraq daim insanların içinə çıxdıq və çağırış etdik. Eşidən, eşitməyən oldu. Bundan sonra da eləyəcəyik. Biz hesab eləmirik ki, hansısa törəni qələbəlik səviyyəsində keçiririksə, hansısa bir işimiz qələbəlik səviyyəsində baş tutursa, bu bizim üçün sondur, yetərlidir. Biz, Asif Atanın Ocağı olaraq, hər işimizi daha yüksək səviyyədə görməyə meyilliyik. Çağırışımızla, haraylarımızla, sevgimizlə biz xalqın içində onun aydınlarına, gənclərinə üz tuturuq ki, Millət olun. Babək ölməyib. Babək Azərbaycan balalarının içindədi. Nəsimi ölməyib. O Azərbaycan balalarının içindədi. Üzə çıxardın, dirildin, verin xalqınıza. Xalq sizi dünyaya ona görə gətirir ki, siz onun dəyərlərini yaşadasınız, özünə verəsiniz. Xalq öz dəyərləriylə yaşayır, gələcəyə addım götürür. Ona görə biz bu harayı həmişə çəkirik.
Burada bizim üçün xəttxa0 Asif Atanı sunmaqdır. Asif Ata bizim üçün İdeya deməkdir. Qardaşımız Asif Atanı kəndlisi olaraq daha çox sevə bilər. Mən Asif Atanın qohumu deyiləm, kəndçisi deyiləm. Mən Borçalıdanam. Ancaq Asif Ata, dediyim kimi, bizim üçün ideyadır. Biz bu ideyaya tapınmışıq, bu ideyanı yaşadırıq. Biz harda, hansı nöqtədən yapışıb millət ola bilirik?! O nöqtədə yerimizi bərkidirik və dəyərlərimizin qədrini bilirik. Onu da deyim ki, təkcə Asif Atanın Bitiqlərini, ideyalarını deyil, Asif Atadan da başqa Azərbaycana gərəkli olan hər şeyə yiyə çıxırıq.xa0 Harda Azərbaycana, bütövlükdə insanlığa qulluq varsa, biz də onun yiyəsiyik. Bu baxımdan hər kəsin qəlbinin, ağlının, düşüncəsinin gözəlliyi, Azərbaycan sevgisi, türk sevgisi, ümumilikdə isə insan sevgisi bizim üçün dəyərdir və o dəyər Ocağımızın cövhərində var olacaqdır. Bir daha hər birinizi Günümüzlə bağlı qutlayıram.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun! xa0
Bundan sonra çay süfrəsi yörəsində doğmalaşmaqla söhbətlər davam etdi. Qonaqlara sistemli şəkildə, paketlərə yığılmış Ata Bitiqləri, Evladların bitiqləri hədiyyə edildi. Xatirə şəkilləri çəkildi.
xa0
Ata Ayı, 37-ci il. Atakənd.
(sentyabr, 2015. Bakı.)
xa0

























































































