Əli Əliyev barəsində yeni cinayət işi üzrə məhkəmə başlayır

Əli Əliyev barəsində yeni cinayət işi üzrə məhkəmə başlayır

Hazırda oxunan: Əli Əliyev barəsində yeni cinayət işi üzrə məhkəmə başlayır

99273

Vətəndaş və İnkişaf PartiyasınınVİP) həbsdə olan sədri Əli Əliyev barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. 

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.

Yaxın günlərdə məhkəmə prosesi başlayacaq. 

Ə.Əliyevə qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb. 

Ə.Əliyev Bakı İstintaq Təcridxanasında onunla eyni kamerada saxlanılan başqa bir dustağı döyüb, ona xəsarət yetirməkdə ittiham olunur.

Qeyd edək ki, 2022-ci ilin yanvarından iyununa qədər Ə.Əliyevə 3 dəfə hökm oxunub. VİP sədri birinci dəfə yanvarın 13-də Yasamal rayon Məhkəməsinin hökmü ilə məhkum edilib. Ona Dövlət Sərhəd Xidmətinin polkovniki Emil Cəfərovun iddiası əsasında CM-in 147.1 (böhtan) maddəsilə 5 ay həbs cəzası verilib. 

Bir müddət sonra DSX-nın başqa bir zabiti Ramin Cəbrayılovun iddiası əsasında Ə.Əliyev eyni maddə ilə təqsirli bilinib. Əvvəlki cəzası da birləşdirilməklə üzərində qəti olaraq, 6 ay həbs cəzası saxlanılıb. 
Ə.Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğramış Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdən sağ çıxdığı iddia olunan bu iki nəfərin hadisə vaxtı vertolyotda olmasına inanmadığını deyib. Buna görə həmin şəxslər ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO