Xınalıq UNESCO-nun Dünya İrs Siyahısına salına bilər

Xınalıq UNESCO-nun Dünya İrs Siyahısına salına bilər

Hazırda oxunan: Xınalıq UNESCO-nun Dünya İrs Siyahısına salına bilər

99266

Xınalıq kəndi 2023-2024-cü ildə UNESCO-nun Dünya İrs Siyahısına salına bilər. 

Bizim.Media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. 

O bildirib ki, hazırda kənddə bərpa-quruculuq işləri görülür:

"Bu il 11 evin bərpası nəzərdə tutulub. Bunun üçün İrandan mütəxəssislər dəvət olunub. İl sonuna qədər 11 evin bərpasını yekunlaşdıracağıq".

Fuad Nağıyev onu da qeyd edib ki, UNESCO-nun tələbinə əsasən kəndə su və kanalizasiya xətti çəkiləcək. 

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin tabeliyində olan “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu 2019-cu uldə UNESCO-nun Dünya İrs Komitəsinin ilkin siyahısına daxil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO