Bakıda yaşayış binasında YANĞIN - Zəhərlənənlər var 

Bakıda yaşayış binasında YANĞIN - Zəhərlənənlər var 

Hazırda oxunan: Bakıda yaşayış binasında YANĞIN - Zəhərlənənlər var 

99127

Bakıda çoxmərtəbəli binada yanğın olub, iki nəfər zəhərlənib.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin dəhlizində məişət tullantıları və istifadəyə yararsız ev əşyaları 20 m² sahədə yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb, 12 nəfər (onlardan 4-ü uşaqdır) sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO