“52 gün Azərbaycanda qaldım və bunlara şahid oldum” – Türkiyəli jurnalistdən ACI ETİRAFLAR

“52 gün Azərbaycanda qaldım və bunlara şahid oldum” – Türkiyəli jurnalistdən ACI ETİRAFLAR

Hazırda oxunan: “52 gün Azərbaycanda qaldım və bunlara şahid oldum” – Türkiyəli jurnalistdən ACI ETİRAFLAR

99111

44 günlük Vətən müharibəsində ən ciddi cəbhələrdən biri informasiya savaşının aparıldığı cəbhə idi. Demək olar ki, burada beynəlxalq medianın rolu çox böyük idi.

Bizim.Media olaraq 44 günlük Vətən müharibəsində Azərbaycan reallıqlarını olduğu kimi dünya ictimayyətinə çatdırılmasında böyük rolu olan jurnalistlərdən biri ilə həmsöhbət olduq.

Müsahibimiz Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Haber Global” televiziyasının müxbiri Murat Karataşdır. Murat Karataş və operator Ünsal Çakin 52 gün Azərbaycanda qalaraq öz vəzifə borclarını yerinə yetiriblər. Döyüş gedən ərazilərdə həyatı təhlükələrə baxmayaraq çalışan həmkarımız həmin dönəmlə bağlı sualları cavablandırıb.
- Murat bəy, istərdim ilk sualımız sizin Azərbaycana gəlişinizlə bağlı olsun. Azərbaycana gəlmə qərarını necə qəbul etdiniz, yəni necə oldu gəldiniz?

- Əvvəllər başda Suriya və İraq olmaqla çox sayda müharibə bölgəsində xidməti vəzifəmi yerinə yetirmişəm... Azərbaycana gəlmək qərarı belə oldu, 2-ci Qarabağ müharibəsi başlamazdan 2 ay əvvəl - iyul ayı, yenə bir silahlı qarşılaşma baş vermişdi. Səhv etmirəmsə, general Polad Həşimov şəhid olduğu döyüş... Hələ həmin zamanlar Azərbaycana gəlib Tovuzda baş verən döyüşləri çəkmək istəyirdim. Ancaq o vaxt işdən hələ getməyək, gözləyək qərarı çıxardılar.

Lakin 27 sentyabr - döyüşlər başlayan kimi Azərbaycana ezam edildim. Azərbaycana gedəndə bunu fikirləşdim, 1-ci Qarabağ müharibəsini həmişə mətbuatdan izləmişəm. 1-ci Qarabağ müharibəsində, əsas da Xocalı soyqırımının yaşandığı ildə orada deyildim.

Lakin 2-ci Qarabağ müharibəsi başlayanda, döyüşlər başlayanda orda olmaq mənim üçün böyük önəm daşıyırdı. Yəni bir tarixə şahid olmaq önəmli vaxtlara şahidlik etmək, tarixin dəyişiminə şahidlik etmək, yəni 30 illik davam edən işğalın bitməsinə şahidlik etmək mənim üçün önəmli və həyəcanlı idi.

Ona görədə Azərbaycana getdim və döyüşləri izləməyə, orada vəzifə borcumu yerinə yetirməyə başladım. Burada ilk gündən bölgə əhalisinin döyüş ruhu, qələbə sevincinə olan ehiyacını, bir intiqamın alınmasını hiss edirdim. İşğal səbəbi ilə çoxlu köçkün düşmüş əhali döyüşləri həyacanla izləyirdi.

- Qeyd etdiniz ki, Azərbaycan haqqında, xüsusi ilə də burada baş vermiş müharibə, erməni soyqrımları haqqında mediadan oxumusunuz. Bəs Azərbaycana gəldikdən sonra bunları özünüz gözünüzlə gördünüz. Maraqlıdır, bir müharibə jurnalisti kimi burada nələr gördünüz, nələr yaşadınız və nələrə şahid oldunuz?

- Mən əvvəl də qeyd etdim ki, burada bir neçə ay əvvəl qısa müddətli döyüş toqquşması olmuşdu. Bundan başqa zamanlar da atəşkəs anlaşmaları ilə dayanan xeyli silahlı münaqişələr olub. Ona görə də bura gələnə qədər bunun da qısa sürəcəyini zənn edirdim. Amma gəlib tam fərqli şeylərin şahidi oldum.

Mən oradakı kənd və şəhərlərdə xəbər hazırlayarkən, insanlarla həmsöhbət olarkən hər kəs 30 il əvvəli danışırdı. 30 il öncə yaşanan o soyqrımları, ermənilərin törətdiyi kütləvi qətilləri, torpaqların işğal edilməsini danışırdılar. Və hər kəsin bir sözü vardı: inşallah torpaqlarımızı azad edəcəyik. Zəfər bizim olacaq. Yəni Azərbaycan xalqında böyük bir həsrət varıydı.
- Sizin üçün Vətən Müharibəsi bağlı ən yadda qalan hadisə nə oldu?

- Müharibə ilə bağlı heç unutmadığım şeylər oldu. Döyüş başladığı bir həftə idi, ya da 10 gün olardı. Döyüş bölgəsinə gedən yollarda postlar qurulmuşdu. Biz orada çoxlu insanlar gördük. İnsanlar maşınlarla postu keçməyə çalışırdılar.

Onlara təhlükəli ərazilərə keçməyə icazə verilmirdi. Sonra onlarla danışdığımız zaman dedilər ki, biz cəbhədəki insanlar üçün ərzaqlar hazırladıq. Yeni çörək, su, paltar, əlcək, papaq vardı. Yeni nə vardı alıb, toplayıb gətirmişdilər. Hava da bilirsiz soyuq idi, soyumağa başlamışdı, əsas da axşamları.

Əsgərlər üçün əllərindən nə gəlirsə, ciblərində nə varsa, o pulu xərcləyib, o pulla ala biləcəkləri nə varsa, alıb gəlmişdilər. Tək istəkləri onların əsgərlərə çatdırılması idi. Bir maşın postdan keçdi, bizdə maşınla bərabər getdik. Biz bir posta çatdıq, orda əsgər postunda bizlə ərzaq aparan şəxslər dedi ki, biz bu ərzaqları sizə gətirmişik, götürün bunları dedi.

Əsgərlər də bizim heç bir şeyə ehtiyacımız yoxdur, dedilər. Yeni bizim çörəyimiz də, suyumuz da – hər şeyimiz var. Bizim ehtiyacımız yoxdur. Bizə verməyin, ehtiyacı olanlara verin ki, ziyan olmasın. Sonra başqa əsgər nöqtəsinə getdilər bir qismini orda paylaşdılar. Yəni, mən bu hadisəni unuda bilmirəm. Bu əsl Vətən Müharibəsinin göstəricisiydi.

Cəbhədə əsgər vuruşur, geridə şəhərlərdə, kəndlərdə xalq deyir ki, mən bu əsgərlər üçün nə edə bilərəm? Necə kömək edim? Hansı ehtiyacını qarşlayım? Onu fikirləşirdi, xalq onun dərdində idi... Bütün Azərbaycan hər sm-nə qədər o müharibədə öz əsgərinə, öz ordusuna, öz Prezidentinə böyük dəstək verdi və o müharibənin qazanılmasında sadəcə əsgərlər deyil, bütün Azərbaycan xalqı çox böyük rol oynadı və bu Azərbaycanın böyük bir qalibiyətidir.

Ən kövrəldiyim vaxtlardan biri də bu idi. Digəri də Gəncədə idik, Ermənistan başda Gəncə olmaqla bir çox yerdə dinc sakinləri hədəf alırdılar. Gəncədə yenə bir yaşayış yerinə raketlər düşdü. Biz ora gedib ailələri görəndə, qadınları, uşaqları görəndə çox pis oldum. Xəbər edərkən ağlamadan dik durmaq çox çətin idi. Qadınları, uşaqları o vəziyyətdə görəndə ən duyğulandığım anlardan biri idi.

- Azərbaycanın döyüş gedən ərazilərində və digər yerlərində olub, insanlarla söhbət etdiniz, onları yaxından tanıdınız. Bu tanışlıqlar sizdə Azərbaycan üçün hansı fikirlər yaratdı? Yəni azərbaycanlılar haqqında sizdə hansı fikirlər formalaşdı?

- Azərbaycandan qayıtdıqdan sonra və orda olanda da həmişə bunu fikirləşirdim. Mən əvvəllər də Azərbaycana gəlmişdim. Bakıda 1 gün, 2 gün qalmışdım. Müharibə səbəbi ilə gəldiyimizdə 52 gün qaldım. O 52 gündə həmişə bunu fikirləşdim, həmişə deyirdik ki, biz qardaşıq. Məşhur bir söz də var: “Bir millət iki dövlət”. Bu sözü mən cənab İlham Əliyevdən daha çox eşitmişəm. Onun sözünü düşündüm, dedim həqiqətən də nə qədər doğru sözlərdi bunlar. Yəni uzaqda olan bir ölkədə birinə qardaşım demək belə sadə sıradan gələ bilər. Təbii siz də türksüz, biz də türkük, onlara qardaş deyirik. Belə deyil, əslində bizim hər şeyimiz bir-birimizə çox oxşayır. Bizim əsəbimiz, sinirimiz, kövrəkliyimiz ondan sonra dəyər verdiyimiz, ailə yaşayışlarımız, bunların hamısı bir-birinə çox oxşayır.

Ona diqqət etmişdim və çox məəttəl qalmışdım. Bəli biz həqiqətən də qardaşıq. Azərbaycan xalıqı ilə qan bağımız var. Yəni kağız üzərində söylənmiş bir söz deyil. Qardaşlıq həqiqi mənada qardaşlıqdı. Dediyimiz zarafatlar, əsəbləşdiyimiz vaxt verdiyimiz qarşılıq, danışmaqlarımız və s. hər düşüncədə biz qardaşıymışıq. Mən bunu 52 gündə başa düşdüm. Qayıtdıqdan sonrada İstanbulda dostlarım, qohumlarım, yoldaşım məndən soruşanda həmişə eyni sözü deyirdim. Biz həqiqətən də Azərbaycan xalqı ilə qardaşıq, hər düşüncədə bir-birimizə oxşayırıq.

Xüsusi ilə xalqın qonaqpərvərliyini də qeyd etmək istəyirəm. Ordakı insanları taniyinca o, işğal edilən torpaqlardan gəlmiş köçkünləri taniyinca, onlarla söhbət edincə, danşınca dedim ki doğurdanda biz qardaşıq.Yeni qonaqperveriyimiz belə Anadoludaki qonaqperverlik necədirsə Azərbaycandakı qonaq perverlik də odur. Hansı evə getdik orda bir intervyu etsək, ayrı-ayrı ailələrlə görüşdüyüz zaman bizi çox gözəl qarşıladılar. Biz dedik ki, Allah razı olsun qarnımız ac deyil, zəhmət çəkməyin, onlar çay qaynatdılar, şirniyyatlar gətirdilər, yeni biz Türkiyədəbuna izzəti ikiram deyirik... Eynisini biz Azərbaycanda yaşadıq. 52 gunluk müharibədən mənə qalan önəmli hiss bu. Bir jurnalist olaraq orda müharibəni izlədim, müharibə muxbirliyi etdim.

Orda əlimdən gələni etməyə çalışdım, amma müharibədən mənə qalan əsas şey bu oldu, iki ölkənin gerçəkdən qardaş olduqlarını artıqlamasıyla gördüm, yaşadım və buna görə çox xoşbəxtəm.
Zaman-zaman Azərbaycana gəldiyimdə artıq o hisslə gəlirəm. Yəni, mən Azərbaycana gəldiyimdə qardaşlarımın yaşadığı bir ölkəyə gedirəm hissi ilə yaşayıram. Azərbaycanda da o hisslə gəzirəm. Və bunu mənə müharibə qazandırdı.

- Murat bəy, bizə zaman ayırıb müsahibə verdiyiniz üçün özüm və təmsil etdiyim Bizim.Media xəbər saytı adından sizə və bu şəraiti yaratdığı üçün sizin çalışdığınız “Haber Global” televiziyasının rəhbərliyinə öz təşəkkürümü bildirirəm.

- Çox sağ olun, mən də sizə və Bizim.Media komandasına öz təşəkkürümü bildirir, yeni-yeni uğurlar arzulayıram.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO