Xəbər verdiyimiz kimi, bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CİCA) 6-cı Zirvə Toplantısının plenar iclası keçirilib. Təbdirdə və liderlərin təkbətək görüşlərində kameraların obyektivində maraq doğuran bir detal yer alıb.
Bu, masaların üstünə qoyulan “Turan” suyudur. İlk dəfə həmin detala Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Qazaxıstan prezidenti Kasım-Jomard Tokayev arasındakı görüşdə diqqət yetirilib.
MÖVZU İLƏ BAĞLI:
Tokayevin Ərdoğanla görüşündə TURAN mesajı - FOTO
Bizim.Media xəbər verir ki, artıq internet resurslarının hamısında “Turan” mineral suyu trendə çevrilib.
Sosial şəbəkələrdə bu haqda geniş diskussiya açılıb və bildirilib ki, bu, özünü türk hesab edən hər kəsin ortaq arzusudur.
Bizim.Media