Dağlıq Qarabağa qaz nə vaxt veriləcək? - AÇIQLAMA 

Dağlıq Qarabağa qaz nə vaxt veriləcək? - AÇIQLAMA 

Hazırda oxunan: Dağlıq Qarabağa qaz nə vaxt veriləcək? - AÇIQLAMA 

9908

“İşğaldan azad olunmuş ərazilərin qazlaşdırılmasında təhlükəsizliklə bağlı məsələlər yaşana bilər. Hələ də tam nəzarət etmədiyimiz və Ermənistanın nəzarətində olan yerlər var ki, boru xətlərinin o ərazilərdən keçməsi mümkündür. Buna isə rus sülhməramlıları cavabdehlik daşıyır. Onlar ora təkcə erməni əsilli əhalini qorumaq üçün gəlməyiblər. Ümumi təhlükəsizlik qaydalarına əməl etmək üçün oradadırlar”.

Bu fikirləri Bizim.Media-ya iqtisadçı-ekspert Natiq Cəfərli Dağlıq Qarabağın qazlaşdırılması məsələsinə şərh verərkən bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda turizm marşrutları qurulacaq – Dövlət Turizm Agentliyi açıqladı 


İlkin olaraq ana xətlərin çəkilməsinin planlaşdırıldığını qeyd edən ekspert paylayıcı boruların bərpa işləri ilə paralel qurulacağını deyib:

“Şəhərlərin və qəsəbələrin bərpasından sonra bu paylayıcı şəbəkə də qurulacaq. Ana xətlərin çəkilməsində ən böyük problemlərdən biri ərazilərin kifayət qədər təhlükəli və minalarla dolu olmasıdır ki, təhlükəsizlik qaydalarına daha böyük diqqət yetirilməlidir. Çox güman ki, işğaldan azad olmuş şəhərlərə, kəndlərə və qəsəbələrə yol boyu ana xətlər çəkildikdən sonra gələcək bərpa planına uyğun olaraq yerli paylayıcı şəbəkələrin də qurulmasına başlanacaq”. 

Ekspertin sözlərinə görə Şuşaya Füzulidən avtomobil yolu çəkilirsə, yol boyu qazlaşdırma ilə bağlı ana xətlərinin çəkilməsi də mümkündür:

“Bildiyim qədərilə Şuşaya elektrik xətləri də çəkilir. Həmin elektrik xətlərinə və yola paralel boru xətlərinin çəkilməsi də həyata keçirilə bilər. Ana xətlərin çəkilməsi prosesi 2023-cü ilədək başa çatmalıdır. Paylayıcı şəbəkələrin qurulması isə daha böyük zaman alacaq. Bu, birbaşa bərpa işləri ilə paralel gedəcək. Dağlıq Qarabağa kommunikasiya xətlərinin qurulması üçün konkret məbləğ söyləmək çətindir, amma burada 100 milyonlardan söhbət gedir”. 

Köhnə borulardan istifadəyə gəlincə, ekspert xərclərin azaldılması baxımından məsələni önəmli hesab edib: 

“İşğal zamanı Ermənistanın torpaqlarımıza hansı vəhşi münasibət göstərdiyinin şahidi olduq. Çox güman ki, yararlı boruların əksəriyyəti ya kəsilərək oğurlanıb aparılıb, ya da korreziyaya uğrayıb. Əgər borulara və magistral xətlərə baxım yoxdursa, qoruyucu vasitələrlə örtülmürsə, korreziyaya uğrayar. Köhnə boruların istifadəsi yararlıdırsa, xərclərin azaldılması nöqteyi-nəzərindən onlardan istifadə etmək mümkündür, amma buna mütəxəssislər qərar verməlidir”. 

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin qazlaşdırılması ilə bağlı dövlətin ümumi proqramı var.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi o proqramda iştirak edəcək.

İşğaldan azad edilən ərazilərə qazlaşdırmanın başlanma vaxtı hələki açıqlanmayıb.

Rəsmi məlumata görə, ilkin olaraq Araz boyunca magistral xəttin çəkilməsi nəzərdə tutulur və ordan da yuxarı rayonlara, Dağlıq Qarabağa doğru paylanması həyata keçiriləcək.

Hazırda mövcud olan boru xətləri inventarlaşdırılıb və bununla bağlı xüsusi komissiyalar yaradılıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO