9 ayda DSMF-nin xərcləri 6.3% artıb

9 ayda DSMF-nin xərcləri 6.3% artıb

Hazırda oxunan: 9 ayda DSMF-nin xərcləri 6.3% artıb

99043

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 9 ayında proqnozla müqayisədə 2,8 faiz və ya 116 mln. manat çox olmaqla 4 mlrd. 237 mln. manat təşkil edib.

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları olan yanvar-sentyabr aylarındakı proqnoza nisbətən 3,6 faiz və ya 114 mln. manat artaraq 3 mlrd. 302 mln. manat olub.

DSMF-nin xərcləri isə 3 mlrd. 893 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 6,3 faiz və ya 230 mln. manat çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO