“Ötən sentyabrın yanlış təcrübəsini təkrarlaya bilərik” - Təhsil Nazirliyinə İRAD

“Ötən sentyabrın yanlış təcrübəsini təkrarlaya bilərik” - Təhsil Nazirliyinə İRAD

Hazırda oxunan: “Ötən sentyabrın yanlış təcrübəsini təkrarlaya bilərik” - Təhsil Nazirliyinə İRAD

9891

Xəbər verildiyi kimi, fevralın 1-dən təhsil müəssisələrində 1-4-cü siniflər üzrə əyani formada tədris və təlim-tərbiyə prosesinə başlanır. Təhsil Nazirliyi məktəblərdə tibbi maskadan istifadə məsələsinə münasibət bildirib. Nazirlik açıqlamasında qoruyucu maskanın təhsilverənlər üçün məcburi, təhsilalanlar üçün isə könüllü qaydada həyata keçiriləcəyini qeyd edib. 

Qeyd edək ki, ötən ilin sentyabrında tədris müəssisələrinin fəaliyyətinə qismən icazə verilmişdi. Bir ay davam edən əyani tədris zamanı 50-yə yaxın təhsil müəssisəsində xeyli sayda yoluxma qeydə alındı. Yoluxma davam etdiyi üçün Nazirlər Kabineti yanında Opretaiv Qərargah tədris müəssisələrinin fəaliyyətini əvvəlki - onlayn formaya keçirməli oldu.

 

MÖVZU İLƏ BAĞLI:

Məktəblər dərsə hansı növbə ilə başlayacaq? - Təfərrüat AÇIQLANDI

“10 günə qiymətləndirmə aparmaq mümkün deyil” – Ekspertdən Nazirliyə ETİRAZ 


Beləliklə, tədris ilinin yarısı onlayn qaydada başa çatdı. Pandemiya dövründə təhsilin növbəti növbəti yarımilliyi təhsilin qismən əyani formaya keçməsi ilə bağlı qərar verilib və şagidrlərin maskadan istifadəsi ilə bağlı könüllülük prinsipi əsas götürülüb. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, şagirdlərin maskadan könüllü istifadəsi yoluxmanı yüksək həddə qaldıra bilər:

“Nazirlər Kabineti açıq havada qoruyucu maskadan istifadəni tələb kimi qoyduğu halda orta ümumtəhsil məktəb şagirdlərinə bunun könüllü icazə verilməsi anlaşılan deyil. Bunun yanlış addım olduğunu düşünürəm".

"Ən vacib məqam şagirdlərin potensial daşıyıcı olmalarıdır. Bu gün 4447 ümumtəhsil məktəbimizdə 151 min müəllim var. Onların 37 faizi risk qrupudur. Təkcə Bakı şəhərində 12600-dən çox, regionlarda isə 16 mindən çox müəllimin yaşı 50-dən yuxarıdır. Bu yaşda müəllimlər risk qrupuna daxildirlər. Ola bilər ki, müəllimlər qoruyucu maskadan istifadə etsinlər, amma əlləri ilə partaya, kitaba və ya lövhəyə toxunarkən şagirdlərə virusu yoluxdura bilərlər. Hesab edirəm ki, şagirdlər arasında da maskadan istifadə vacib tələb kimi qoyulmalıdır".

"Bunu könüllü istək olaraq həyata keçirmək doğru deyil. Azərbaycanda artıq şagirdlərin üz quruluşuna uyğun kiçik qoruyucu maskalar var. Onsuz da onlar küçədə maskadan istifadə edirlər. Bu baxımdan məcburi maskadan istifadə etməklə birmənalı şəkildə yoluxmanın qarşısını almalıyıq və əhatəsini azaltmalıyıq”. 

Pandemiya dövründə təkrar tədrisin başlanmasının ciddi addım olduğunu vurğulayan ekspert ötən ilin sentyabrında yaşanan təcrübənin təkrarlanacağından ehtiyat edir:

“Bilirsiz ki, 1 fevral tarixindən ibtidai sinif şagirdləri və məktəbəqədər hazırlıq qrupları üçün məktəblərdə dərslər qismən bərpa edilir. Vacib məqam odur ki, biz sentyabrda yaşadığımız yanlış təcrübəni bir daha təkrar etməməliyik. Çünki bu, yenidən tədris prosesinin fəaliyyətinin məhdudiyyəti ilə nəticələnə bilər.

Nazirlər Kabinetinin qərarı ilə ötən ilin sentyabrında tədrisin təşkili  qismən bərpa edildi. Proses yenə də təkrarlanır. Məktəbə gedəcək  I-IV siniflər 640 min şagirdi əhatə edəcək. 2020-ci il sentyabrın 15-dən oktyabrın 19-na olan müddətdə rəqəmlərə baxanda görürük ki, şagirdlər arasında yoluxma faizinin çox olduğu 49 məktəb və 65 sinif var idi. Bu da həmin tədris müəssisələrinin fəaliyyətinin məhdudlaşdırılmasına gətirib çıxardı”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO