Qrup halında narkotik qəbul edən şəxslər saxlanıldı - FOTO

Qrup halında narkotik qəbul edən şəxslər saxlanıldı - FOTO

Hazırda oxunan: Qrup halında narkotik qəbul edən şəxslər saxlanıldı - FOTO

98843

Paytaxtın Nizami rayonunda qrup halında narkotik vasitə qəbul edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkədə yayılan görüntülərlə bağlı Nizami RPİ-nin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 1985-ci il təvəllüdlü Siyavuş Bayramovdan 2.648 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə cinayət işi açılıb.
Digər şəxslər - 1981-ci il təvəllüdlü Rəsul Quliyev, 1983-cü il təvəllüdlü Elxan Məmmədov, 1976-ci il təvəllüdlü Rövşən Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO