Qusarda qəzaya uğrayan avtobusda fəhlələr olub

Qusarda qəzaya uğrayan avtobusda fəhlələr olub

Hazırda oxunan: Qusarda qəzaya uğrayan avtobusda fəhlələr olub

98738

Qusarda 6 nəfərin yaralanması ilə nəticələnən qəzaya səbəb olan sürücülərin kimliyi bəlli olub. 

Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, qəza törədən avtomobillərdən biri-"Vaz-2107"markalı avtomaşının sürücüsü, 36 yaşlı Hil kənd sakini Elşən Laçınovdur. O, dalağından cərrahiyyə əməliyyatı olunub. 

Mikroavtobusun sürücüsü Məcvulla Yazulla oğlu Qurbanov isə xəsarət almayıb. 

Qeyd edək ki, mikroavtobus Qusara işə gələn fəhlələri daşıyıb. 

Qəzaya hansı sürücünün səbəb olduğu barədə araşdırma aparılır. 

Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO