Bakıda anasını öldürən 15 yaşlı oğlana HÖKM OXUNDU 

Bakıda anasını öldürən 15 yaşlı oğlana HÖKM OXUNDU 

Hazırda oxunan: Bakıda anasını öldürən 15 yaşlı oğlana HÖKM OXUNDU 

98661

Bakının Nizami rayonunda anasını qətlə yetirməkdə ittiham olunan 2007-ci il təvəllüdlü İdeal Məmmədzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

İdeal Məmmədzadənin cinayəti törədən zaman əqli durumunda problem olduğu nəticəyə gəlinib. Onun Respublika Psixiatriya Xəstəxanasına məcburi müalicəyə yerləşdirilməsi qərara alınıb.
İttihama görə, bu il aprelin 20-də saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, İdeal Məmmədzadə qısqanclıq zəminində metronun “Neftçilər” stansiyasının yaxınlığında anası Ülviyyə İsmayılova ilə mübahisə edib.

Mübahisə zamanı o, anasını bıçaqlayaraq öldürüb.

İstintaq orqanı tərəfindən İdeal Məmmədzadənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO