Tələbələrin köçürülməsinə başlanılır

Tələbələrin köçürülməsinə başlanılır

Hazırda oxunan: Tələbələrin köçürülməsinə başlanılır

9851

Fevralın 1-dən tələbələrin köçürülməsi prosesinə başlanılır.

Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir.

 

MÖVZU İLƏ BAĞLI:

Tələbələrin köçürülməsinə başlanılır


Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

Portal fəaliyyətə başladığı gündən bu günədək 9 mindən çox tələbənin köçürülməsi həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO