Tütün dünya əhalisinin qarşısı alına bilinən əsas ölüm səbəblərindəndir. Hesablamalara görə, tütünün törətdiyi xəstəliklər nəticəsində hazırda dünyada hər il 8 milyondan artıq insan vəfat edir, onların 1 milyonu ətrafa yayılan tütün tüstüsü ilə nəfəs alan passiv tütünçəkənlərdir.
XX əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoyduğu halda, XXI əsrdə tütündən 1 milyard insanın vəfat etməsi gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.
"Unutmayaq ki, insanların əksəriyyəti siqaret çəkmir. Çəkənlərin çoxu isə bu vərdişdən imtina etmək arzusundadır – onlar siqaret çəkməni əsasən öz istəyi ilə yox, tütün məmulatlarında mövcud olan nikotindən yaranmış asılılıq səbəbindən edirlər".
MÖVZU İLƏ BAĞLI:
Siqaretlərin aksiz dərəcəsi 35 manata qaldırılacaq
Azərbaycanda siqaret istehsalı 30%-dək artıb
"Tütündən imtina etmək istəyənlərə dəstək olmaq və onlara yardım etmək məqsədilə fevralın 1-dən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən əhali üçün tütündən imtina üzrə xüsusi “Qaynar xətt” fəaliyyətə başlayacaq. Tütündən asılılığı olan və tütünçəkmədən imtina etmək istəyən şəxslər zəng edərək, peşəkar tibbi-psixoloji məsləhətlər alacaqlar", -deyə məlumatda bildirilib.
Tütündən imtina üzrə “Qaynar xətt”: (+994 050) 800 70 45)
e-mail: [email protected]
"Qaynar xətt" həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla), saat 10.00-14.00-da fəaliyyət göstərəcək.
Bizim.Media