Sosial şəbəkədə narkotik ticarəti – Polisdən ƏMƏLİYYAT - FOTO 

Sosial şəbəkədə narkotik ticarəti – Polisdən ƏMƏLİYYAT - FOTO 

Hazırda oxunan: Sosial şəbəkədə narkotik ticarəti – Polisdən ƏMƏLİYYAT - FOTO 

98051

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə xaricdən əldə etdikləri narkotik vasitənin ölkə ərazisində satışını təşkil etmək istəyən şəxslər saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun məlumatında bildirilib.

Bildirilib ki, şöbə əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mingəçevir şəhər sakinləri Rövşən Azayev və Samirə Nəcəfli saxlanılıblar.

Keçirilən baxış zamanı onların olduğu avtomobildən 1 kiloqram 500 qrama yaxın heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı onların həmin narkotik vasitəni sosial şəbəkə vasitəsilə xaricdə yaşayan narkotacirdən satışını təşkil etmək üçün əldə etdikləri müəyyən edilib.
Həmçinin bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə 10 nəfər rayon sakini saxlanılıb və şəxsi axtarış zamanı onlardan narkotik vasitə aşkarlanaraq götürülüb.

Qeyd edək ki, cari ilin ötən dövrü ərzində Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz dövriyyədən 103 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO