Ötən ay metroyla nə qədər sərnişin daşınıb?

Ötən ay metroyla nə qədər sərnişin daşınıb?

Hazırda oxunan: Ötən ay metroyla nə qədər sərnişin daşınıb?

97990

Sentyabr ayı ərzində Bakı metropoliteni 18 milyon 336 min 117 sərnişin daşıyıb.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. 

O bildirib ki, hər gün orta hesabla 611 min 204 sərnişin metrodan istifadə edib. Yeni tədris mövsümünün başlanması və fəal istirahət dövrünün başa çatması ilə əlaqədar sentyabr ayının 15-dən Bakı metropolitenindən istifadə edən sərnişinlərin sayında əvvəlcədən proqnozlaşdırılan artım müşahidə olunub. 
"Ümumən müqayisəli qeyd etsək, sentyabrın 15-dən sonra 12 iş günü ərzində metropoliten orta hesabla hər gün 749 min 11 sərnişin daşıyıb. 12 gün ərzində daşınan sərnişinlərin sayı ayın qalan günləri daşınanların 49.02 faizini təşkil edib", - B.Məmmədov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO