DOST-dan qazilərimizə dost köməyi – Bizim.Media yazdı, onlar nəzarətə götürdü - FOTO

DOST-dan qazilərimizə dost köməyi – Bizim.Media yazdı, onlar nəzarətə götürdü - FOTO

Hazırda oxunan: DOST-dan qazilərimizə dost köməyi – Bizim.Media yazdı, onlar nəzarətə götürdü - FOTO

9791

Bizim.Media II Qarabağ savaşında qəhrəmanlıq göstərən iki qazimizin ehtiyacları ilə bağlı məqalə dərc etmişdi.

Bundan sonra onların ehtiyacları və lazım olan qayğıları ilə bağlı DOST Agentliyinə müraciət olunub.

 

MÖVUZ İLƏ BAĞLI:  

''10-15 manatlıq bazarlıqla ziyarətimizə gəlib, bizi alçaltmasınlar'' – QAZİ

Yaralı əsgərin köməyə ehtiyacı var - VİDEO


Bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  DOST Agentliyinin DOST Mərkəzlərinin əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələri, qazilərimizlə görüşlər, onlarla bağlı dəstək tədbirləri davam edir. 

Bu istiqamətdə işlərin davamı kimi, 1 saylı və 3 saylı Bakı DOST Mərkəzlərinin əməkdaşları Vətən müharibəsi iştirakçıları olan və müharibədə yaralanmış Orxan Məmmədzadənin  (Yasamal rayonu) və İbrahim Məmmədovun (Sabunçu rayonu) ailələrində olublar.

Ailəsi 3 nəfərdən ibarət olan Orxanın isə anasının xəstəliyi ilə əlaqədar əlilliyinin qiymətləndirilməsi üçün müraciət prosedurunun sürətli şəkildə həyata keçirilməsində ona kömək ediləcək. Əlillik təyinatı aparılarsa, ona  sosial ödəniş təyin olunacaq. 

İbrahimgilin 4 nəfərlik ailəsində yalnız bacısının işsiz olduğu nəzərə alınaraq onun məşğulluğunun təmin edilməsinə kömək göstərilməsi qərara alınıb və yaxın günlərdə o, işlə təmin ediləcək. 

Hər iki qazinin – Orxanın və İbrahimin də əlilliyi qiymətləndiriləcək və onlara əlillik dərəcəsi təyin olunduğu halda birdəfəlik sığorta ödənişi və sosial təminat növləri üzrə aylıq ödənişlərlə təmin olunacaqlar.

Bu barədə hər iki qaziyə məlumat verilib. Həmçinin hər iki ailəyə bildirilib ki, DOST Agentliyi və mərkəzlərinin əməkdaşları qəhrəman əsgərlərimizlə qürur duyur. Şəhid ailələri və qazilərimizin ehtiyaclarının qarşılanması üçün qanun çərçivəsində onlara bütün lazımi dəstək göstəriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO