Tapılan meyit qalıqlarının bir neçəsinin kimliyi müəyyən edilib - RƏSMİ

Tapılan meyit qalıqlarının bir neçəsinin kimliyi müəyyən edilib - RƏSMİ

Hazırda oxunan: Tapılan meyit qalıqlarının bir neçəsinin kimliyi müəyyən edilib - RƏSMİ

97734

“I Qarabağ müharibəsində itkin düşən şəxslərin valideynləri bu gün də bizə müraciət edir”.

Bizim.Media xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə deyib.

Baş prokuror bildirib ki, dəfələrlə Ermənistandan olan həmkarı ilə görüşdə bu məsələni qaldırıb:

“Amma təəssüf ki, onlar bundan yayınırlar və məsuliyyəti üzərindən atmağa çalışırlar. Biz hər itkin düşmüş şəxsin 2-3 qohumundan DNT nümunələri götürmüşük.
Meyit qalıqları aşkarlandıqca, onların şəxsiyyətlərini müəyyən etməyə çalışırıq. Artıq onların bir neçəsinin kimliyi müəyyən edilib. Aşkarlanan kütləvi məzarlıqlar itkin düşmüş şəxslərin sayının azaldılmasında bizə kömək edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO