Səhiyyə sistemində çalışan 52 şəxs cəzalandı

Səhiyyə sistemində çalışan 52 şəxs cəzalandı

Hazırda oxunan: Səhiyyə sistemində çalışan 52 şəxs cəzalandı

97708
“Araşdırmadan sonra bunun yanlış olduğu üzə çıxır”x9d.

2015-ci ildə “Qaynar xətt”x9d və “Elektron Səhiyyə”x9d xidmətlərinə 28 mindən artıq müraciət daxil olub.

Bu barədə Moderator.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Müraciətlərin yalnız 13 faizini səhiyyə müəssisələrinin bu və ya digər əməkdaşının göstərdiyi xidmət səviyyəsindən şikayət təşkil edib: 

“Vətəndaş müraciətləri əsasında aparılmış yoxlamalar nəticəsində 2015-ci ildə səhiyyə sistemində çalışan 52 şəxs barədə qəti məsuliyyət tədbirləri görülüb".

Qeyd olunub ki, “Qaynar xətt”x9d xidmətinə müxtəlif səpkidə müraciətlər daxil olur: 

“Misal üçün, həkim resepti əsasında yazılmış istənilən dərman preparatının imtiyazlı qruplara daxil olduğunu bildirilir. Araşdırmadan sonra bunun yanlış olduğu üzə çıxır. Belə olan halda vətəndaşa dövlət tərəfindən təsdiq olunmuş və Səhiyyə Nazirliyinin rəsmi internet saytında yerləşdirilmiş müvafiq siyahı barədə zəruri məlumat verilir. Yaxud da “Qaynar xətt”x9d xidmətinə müraciət edib aptek müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) üçün sənədlər toplusunu soruşurlar. Bəzən də sadəcə olaraq “Qaynar xətt”x9də zəng edib təşəkkürlərini bildirirlər.

“Qaynar xətt”x9d və “Elektron Səhiyyə”x9d xidmətlərinə müalicə məqsədi ilə xarici dövlətlərə müəyyən vəsait sərf edib səfər etmiş daha sonra uğursuz nəticələrlə müraciət edənlərdə az deyil. Bu hallarda fəsadlaşma baş verməsinə baxmayaraq, “Qaynar xətt”x9d xidmətinin əməkdaşları müraciət edən şəxsləri Səhiyyə Nazirliyinin baş mütəxəssisləri ilə əlaqələndirir, zəruri müalicənin təyin olunmasını təmin edirlər”x9d.

Məlumatda o da qeyd olunub ki, əvvəlki illərlə müqayisədə xaricdə müalicə üçün müraciətlərin sayı xeyli azalıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO