“Bakı Metropoliteni”x9d Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, yeni sistemin tətbiqi ilə əlaqədar olaraq Bakı Metropoliteninin bütün stansiyalarında kart satışı, gediş haqqının yüklənməsi, həmçinin pul xırdalama fəaliyyəti göstərən xəzinələrin funksiyası başa çatacaq. Nəzərinizə çatdırırıq ki, “Bakıkart”x9dların satışı və gediş haqqının yüklənməsi Bakı Metropoliteninin bütün stansiyalarında, “Baku Bus”x9d MMC-nin dayanacaqlarında, həmçinin şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən mətbuat yayımı köşklərində quraşdırılmış terminallar vasitəsi ilə həyata keçirilir. Hazırda sərnişindaşımada mövcud olan sıxlığı nəzərə alaraq sizdən xahiş olunur ki, metropolitendən istifadə edərkən özünüzlə karta yükləyəcəyiniz məbləğdə xırda pul götürəsiniz.
“Bakıkart”x9dla yaranmış hər hansı problemlə bağlı “20 Yanvar”x9d, “Cəfər Cabbarlı”x9d, “N.Nərimanov”x9d və “Neftçilər”x9d stansiyalarında fəaliyyətdə olan “Kart analizi”x9d mərkəzlərinə, *4343 telefon nömrəsinə və ya www.bakikart.az veb səhifəsinə müraciət edə bilərsiniz.





























































































