Metrokartların ömrünə 3 gün qaldı

Metrokartların ömrünə 3 gün qaldı

Hazırda oxunan: Metrokartların ömrünə 3 gün qaldı

97683
Gediş haqqının ödənişi yalnız “Bakıkart”x9dla istifadə etməklə mümkün olacaq.

1 oktyabr 2015-ci il tarixindən etibarən Bakı Metropolitenində gediş haqqının ödənişi yalnız “Bakıkart”x9dlardan istifadə etməklə mümkün olacaq.

“Bakı Metropoliteni”x9d QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Moderator.az-a bildirib ki, yeni sistemin tətbiqi ilə əlaqədar olaraq Bakı Metropoliteninin bütün stansiyalarında kart satışı, gediş haqqının yüklənməsi, həmçinin pul xırdalama fəaliyyəti göstərən xəzinələrin funksiyası başa çatacaq. 

O qeyd edib ki, “Bakıkart”x9dların satışı və gediş haqqının yüklənməsi Bakı Metropoliteninin bütün stansiyalarında, “Baku Bus”x9d MMC-nin dayanacaqlarında, həmçinin şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən mətbuat yayımı köşklərində quraşdırılmış terminallar vasitəsi ilə həyata keçirilir. 

Şöbəsinin rəisi bildirib ki, hazırda sərnişindaşımada mövcud olan sıxlığı nəzərə alaraq xahiş olunur ki, metropolitendən istifadə edərkən vətəndaşlar özünlə karta yükləyəcəyiniz məbləğdə xırda pul götürsünlər.

Qeyd edək ki, “Bakıkart”x9dla yaranmış hər hansı problemlə bağlı  “20 Yanvar”x9d, “Cəfər Cabbarlı”x9d, “N.Nərimanov”x9d və “Neftçilər”x9d stansiyalarında fəaliyyətdə olan “Kart analizi”x9d mərkəzlərinə, *4343 telefon nömrəsinə və ya www.bakikart.az veb səhifəsinə müraciət edə bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO