Bakıda tarixi hamamın divarına birləşdirilən hasar sökülüb - FOTO

Bakıda tarixi hamamın divarına birləşdirilən hasar sökülüb - FOTO

Hazırda oxunan: Bakıda tarixi hamamın divarına birləşdirilən hasar sökülüb - FOTO

97542

Binəqədi rayon Görədil bağlar massivində yerləşən Inv. nömrəsi 4012 olan tarixi Məhəmməd Həsən hamamının divarına birləşdirilən uzunluğu 16 m., hündürlüyü 3 m. olan hasar sökülüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. 

Qeyd olunub ki, abidənin arxa hissəsi boyunca olan ərazini vətəndaş 10 il olar ki, öz həyətyanı sahəsinə birləşdirib.

2020-ci il noyabr ayından Dövlət Xidməti tarixi abidənin qanunsuz zəbt edilməsi ilə bağlı problemin həlli üçün vətəndaşla hüquq müstəvisində danışıqlar aparıb. 

Uzun sürən danışıqlardan sonra, vətəndaş ona Dövlət Xidməti tərəfindən vaxt verilməsini xahiş etmiş və artıq problemi aradan qaldırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO