Edillidə 12 nəfərin işgəncə əlamətləri olan qalıqları tapılıb - XİN 

Edillidə 12 nəfərin işgəncə əlamətləri olan qalıqları tapılıb - XİN 

Hazırda oxunan: Edillidə 12 nəfərin işgəncə əlamətləri olan qalıqları tapılıb - XİN 

97420

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN )tərəfindən  Xocavəndin Edilli kəndində aşkarlanmış kütləvi məzarla bağlı rəsmi “Twitter“ hesabında paylaşım edilib.

Bizim.Media xəbər verir ki, XİN-in paylaşımda 4000 azərbaycanlının hələ də itkin olduğu, bunu törədən ermənilərə isə heç bir qınaq olmadığı qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Xocavənddə kütləvi məzarlıq aşkarlandı - FOTO


“Xocavəndin əvvəllər işğal altında olan Edilli kəndində 12 nəfərin məftil və kəndirlə bağlanmış, həmçinin işgəncə əlamətləri aşkarlanan qalıqlarının olduğu daha bir kütləvi məzar tapılıb.

Təxminən 4000 azərbaycanlı mülki şəxs və müharibə əsiri hələ də itkindir və bunu törədən ermənilərə qarşı heç bir qınaq yoxdur”, - deyə paylaşımda bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO