Narkomaniyadan əziyyət çəkən şəxsin ölümündə təqsirli bilinən mərkəz rəhbəri ifadə verdi

Narkomaniyadan əziyyət çəkən şəxsin ölümündə təqsirli bilinən mərkəz rəhbəri ifadə verdi

Hazırda oxunan: Narkomaniyadan əziyyət çəkən şəxsin ölümündə təqsirli bilinən mərkəz rəhbəri ifadə verdi

97368

“Nyu Layf” reabilitasiya mərkəzində narkomaniyadan əziyyət çəkən Hüseyn Məmmədovun ölümündə təqsirləndirilən mərkəz rəhbəri Orucəli Əliheydərov, mərkəzin işçiləri - Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Orucəli Əliheydərov ifadə verib. O, ittiham üzrə özünü təqsirli bilməyib.

Narkomaniyadan əziyyət çəkən əziyyət Hüseyn Məmmədovun atası Rafiq Məmmədov oğlunu müalicə məqsədilə reabilitasiya mərkəzinə yerləşdirdiyi halda, orada işgəncə nəticəsində öldürüldüyünü deyib.
Rafiq Məmmədov deyib ki, oğlu 55 gün orada qalıb, bu müddətdə cəmi iki dəfə onunla telefonla danışa bilib. Onun sözlərinə görə, ayda bir dəfə telefonla danışmağa icazə verilib.

Rafiq Məmmədov bildirib ki, onu narkoloq-həkim bu reabilitasiya mərkəzinə yönləndirib, ona görə həmin həkimin də cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. Ata iddia edib ki, meyitin üzərində çoxsaylı xəsarət izləri olub.

Rafiq Məmmədovun sözlərinə görə, oğlunu aldadıb reabilitasiya mərkəzinə aparıblar. Ancaq bundan valideynin özünün də xəbəri olub. Ona deyilib ki, Qazaxıstandakı fəaliyyətilə əlaqədar İnterpol-un Bakı bürosuna çağırılır.

Bu adla onu zorla Novxanıya aparıblar: “Mənə demişdilər ki, təkcə ağrıların götürülməsi kifayət deyil, beynindən də çıxmalıdır. Bunun üçün təxminən 3 ay vaxt lazımdır. Orada olduğu 55 gün ərzində 1000 dollar və 100 manat da siqaret pulu vermişəm”. 

Növbəti proses oktyabrın 25-də davam edəcək.

İttihama görə, adıçəkilən müəssisədə narmomaniyadan müalicə olunan şəxslərə xüsusi işgəncələr verilməsi faktları aşkarlanıb. Hadisə nəticəsində narkomaniyadan əziyyət çəkən Hüseyn Məmmədov işgəncələrdən həyatını itirib.
Digər üç nəfər - Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev zərərçəkmiş zərərçəkmiş qismində tanınıb.

“Nyu Layf” Reabilitasiya Mərkəzi Binəqədi rayonu, Novxanı qəsəbəsinin bağlar massivindəki evlərdən birində yerləşib.

Araşdırmalar zamanı məlum olub ki, xeyli vaxt reklamı gedən, pasiyentlərin gəldiyi mərkəzin ümumiyyətlə, lisenziyası yoxdur. Bu üzdən təqsirləndirilən 5 nəfərdən üçünə - Orucəli Əliheydərov, Elvüsal Hüseynov və Famil Rzayevə başqa maddələrlə yanaşı, həm də qanunsuz sahibkarlıq ittihamı verilib.

Qalan ikisi – Qənbər Həsənov və Sərxan Əliyev də daxil olmaqla, 5 nəfərin hamısı əzab vermə, qanunsuz azadlıqdan məhrumetmə kimi əməllərdə suçlanır.
Cinayət işinin materiallarında göstərilib ki, “Nyu Layf” Reabilitasiya Mərkəzində müalicə kursu keçən onlarla pasiyentin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb.

Reabilitasiya prosesində bütün dünyada narkotik, alkoqol asılılığının müalicəsində tətbiq olunan “12 addım” proqramından yararlanıblar.

Mərkəzdəki qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib.

İttihama görə, Hüseyn Məmmədov mərkəzdən qaçmaq istəyəndə oranın əməkdaşları onu tutaraq döyüblər. Qaçmaması üçün əl-qolunu bağlayıb, bu vəziyyətdə saxlayıblar. Bir gün sonra onun vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO