Yanğın təhlükəli obyektin fəaliyyəti məhdudlaşdırıldı - FOTO/VİDEO

Yanğın təhlükəli obyektin fəaliyyəti məhdudlaşdırıldı - FOTO/VİDEO

Hazırda oxunan: Yanğın təhlükəli obyektin fəaliyyəti məhdudlaşdırıldı - FOTO/VİDEO

97287

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Goranboy rayonu, Səfikürd kəndində yerləşən Vəliyeva Dilarə Cəmil qızına məxsus maye-qaz yanacaqdoldurma məntəqəsində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib. 

Məlumatda deyilir:  

- obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

- ərazi kol-kosdan və məişət tullantılarından təmizlənməyib;

- ərazidə yanğın təhlükəsizliyinə dair xəbərdaredici lövhələr quraşdırılmayıb;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;

-  obyekt normalara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb;

-  obyekt icbari qaydada sığortalanmayıb.

Mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında”  Qanunun 25-ci maddəsinin 9-cu bəndini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 28-ci maddəsini, eləcə də “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Goranboy rayonu, Səfikürd kəndində yerləşən Vəliyeva Dilarə Cəmil qızına məxsus maye-qaz yanacaqdoldurma məntəqəsində saxlanılan maye-qaz yanacağı təhlükəsizlik qaydalarına uyğun şəkildə çıxarılıb kənarlaşdırılmaqla işlərin görülməsinin dayandırılması barədə qərar qəbul edilib.

Bizim.Media
 



 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO