Mingəçevirdə ƏMƏLİYYAT - 11 nəfər saxlanıldı - FOTO/VİDEO

Mingəçevirdə ƏMƏLİYYAT - 11 nəfər saxlanıldı - FOTO/VİDEO

Hazırda oxunan: Mingəçevirdə ƏMƏLİYYAT - 11 nəfər saxlanıldı - FOTO/VİDEO

97271

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən son 1 ay ərzində keçirilən əməliyyatlar zamanı şəhər ərazisində narkotik vasitələrin satışı, eləcə də daşınması ilə məşğul olan, içərilərində qadının da olduğu 11 nəfər tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən xəbərə görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı şəhər sakinləri-Tural Mahmudov, Elxan Hacıyev, Zakir Qarayev, Rövşən Azayev, Zaur Qasımov, Azər Əliyev, Səkinə Allahverdiyeva, Abbasəli Qasımzadə, Faiq Qasımov, Həbib Bağırov və Sübhan Abdullayev saxlanılıblar.

Onların üzərindən, eləcə də yaşadıqları ünvanlardan metamfetamin, heroin, tiryək və ümumilikdə 2 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq aparılır.

Mingəçevir şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Bizim.Media
 





 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO