Tanınmış rusiyalı iş xanımının Azərbaycandan çıxışına QADAĞA QOYULUR 

Tanınmış rusiyalı iş xanımının Azərbaycandan çıxışına QADAĞA QOYULUR 

Hazırda oxunan: Tanınmış rusiyalı iş xanımının Azərbaycandan çıxışına QADAĞA QOYULUR 

97144

Bakıda fəaliyyət göstərən "E.Mi Baku" şirkətinin rəhbəri, Rusiya vətəndaşı Kseniya Kukovanın vergi borcuna görə Azərbaycandan çıxışına qadağa qoyula bilər.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edib.   

Müraciətdə vergi ödəyicisi olan Kseniya Kukovanın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qərar çıxarılması istənilib.   

İşə hakim Emin Əliyevin sədrliyi ilə baxılacaq.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO