“Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qaydalar hazırlanır”  - İlqar Musayev 

“Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qaydalar hazırlanır”  - İlqar Musayev 

Hazırda oxunan: “Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qaydalar hazırlanır”  - İlqar Musayev 

97060

“Azərbaycanda kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qaydalar hazırlanır və bu istiqamətdə işlər yaxın vaxtlarda yekunlaşacaq”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev bu gün Bakıda keçirilən “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” sammitində çıxışı zamanı səsləndirib.  
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycanda kibertəhlükəsizliklə bağlı iki normativ akt qəbul olunacaq" - İlqar Musayev


“Bu qaydalar qüvvəyə minəndən sonra ölkədə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması ilə bağlı çox əlverişli şərait yaranacaq.

Yeni startaplara və təhlükəsizlik provayderlərinə lisenziya tələbi yığışdırılır.  

Yəni, qaydalar sadələşdirilir. İstənilən adam təhlükəsizlik provayderi yaradıb, müəyyən infrasturuktura malik olduqdan sonra bu tədbirləri keçirə biləcək”, - deyə o, əlavə edib.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO