Şəmkirdə ağır QƏZA: Bir ailənin 4 üzvü xəstəxanalıq OLDU

Şəmkirdə ağır QƏZA: Bir ailənin 4 üzvü xəstəxanalıq OLDU

Hazırda oxunan: Şəmkirdə ağır QƏZA: Bir ailənin 4 üzvü xəstəxanalıq OLDU

96787

Şəmkir rayonunda avtomobillərin toqquşması zamanı 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Zəyəm-İrmaşlı yolunda qeydə alınıb.

Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində maşınlardan birinin sürücüsü və 3 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

İlkin məlumata görə 1971-ci il təvəllüdlü Nəsimi Allahverdiyev, 1976-cı il təvəllüdlü Vüqar Allahverdiyev və 1976-cı il təvəllüdlü Xədicə Allahverdiyeva və  2001-ci il təvəllüdlü Namiq Allahverdiyev xəstəxanaya yerləşdiriliblər. Onlardan ikisinin vəziyyəti kafi, ikisinin vəziyyəti isə orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO