Sentyabrın 30-u Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1986-cı il təvəllüdlü Amid Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Quluzadənin minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, aparılmış araşdırmalarla rayonun Yuxarı Dilağarda kəndində olarkən Amid Əsədov və Çərkəz Quluzadənin minaya düşmələri nəticəsində ölmələri müəyyən edilmişdir.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İş üzrə istintaq davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:37 / 30.09.2022
Füzulidə 2 nəfər minaya düşüb – Baş Prokurorluq
Hazırda oxunan: Füzulidə 2 nəfər minaya düşüb – Baş Prokurorluq
Hazırda oxunan: Füzulidə 2 nəfər minaya düşüb – Baş Prokurorluq
96762
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.