Bərdədə 8-ci sinif şagirdinin ərə verilməsinin qarşısı alındı

Bərdədə 8-ci sinif şagirdinin ərə verilməsinin qarşısı alındı

Hazırda oxunan: Bərdədə 8-ci sinif şagirdinin ərə verilməsinin qarşısı alındı

96717

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda 8-ci sinif şagirdinin ərə verilməsinin qarşısını alıb.

Bu barədə Bizim.Media-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu məlumat verib.

Onun sözlərinə görə, bu gün Bərdə rayonunun kəndlərindən birində orta məktəbin 8-ci sinif şagirdinin erkən evliliyə cəlb olunması ilə bağlı daxil olan müraciətə dair müvafiq araşdırma aparılıb:

"Dövlət Komitəsinin əməkdaşı tərəfindən yetkinlik yaşına çatmayan qızın ailəsi ilə əlaqə saxlanılıb və valideyn tərəfindən ailələr arasında ilkin razılaşma olduğu bildirilib. Yetkinlik yaşına çatmayan şəxsi evliliyə cəlb etdiklərinə görə valideynə xəbərdarlıq edilib, həmçinin valideynlik məsuliyyəti izah edilib.
Məsələ müvafiq qurumlarla birgə nəzarətdə saxlanılır. Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin 176-1.2 Nikah yaşına çatmayan şəxsi, nikaha daxil olmağa məcbur etmə 3 min manatdan 4 min manatadək miqdarında cərimə və ya dörd ilədək müddətində azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO