Nazir Qusar müəllimlərinin arzusunu reallaşdırdı - FOTO

Nazir Qusar müəllimlərinin arzusunu reallaşdırdı - FOTO

Hazırda oxunan: Nazir Qusar müəllimlərinin arzusunu reallaşdırdı - FOTO

96697

Elm və təhsil naziri Emin Əmrullayev Qusardan olan iki ibtidai sinif müəlliminin arzusunu reallaşdırıb.

Bizim.Media internet portalının 31 avqust 2022-ci il tarixli sayında "60 bal toplayan qusarlı müəllimlər nazir Emin Əmrullayevdən nə xahiş etdilər" sərlövhəli yazıda sertifikasiya imtahanında 60 bal toplayan müəllimlərin arzusundan söz açmışdıq.

Qusar şəhər Bəhruz Ağaverdiyev adına 1 saylı orta məktəbin müəllimi Samirə Məmmədova və Urva kənd tam orta məktəbinin müəllimi Səidə Bağışova işlədikləri  məktəblərdə  tədris zamanı çox zəruri olan elektron lövhələrin verilməsini xahiş etmişdilər. Artıq nazir Əmrullayevin göndərdiyi 2 ədəd elektron lövhə Qusara çatıb.

Bu gün ağıllı  lövhələr Qusar şəhər Bəhruz Ağaverdiyev adına 1 saylı orta məktəbə və Urva kənd məktəbinə təqdim ediləcək.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO