Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələri artırılır.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, bu mənbələr sırasına dövlət icbari şəxsi sığorta vəsaiti də daxil edilir.
İndiyə qədər şəhidlərə və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının büdcəsindən, ayrı-ayrı şəxslərin və müxtəlif təşkilatların, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilirdi.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:27 / 30.09.2022
Şəhid ailələrinə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına vəsait xərclənəcək
Hazırda oxunan: Şəhid ailələrinə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına vəsait xərclənəcək
Hazırda oxunan: Şəhid ailələrinə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına vəsait xərclənəcək
96663
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.