Dövlət sərhəddini pozan şəxslər saxlanılıb

Dövlət sərhəddini pozan şəxslər saxlanılıb

Hazırda oxunan: Dövlət sərhəddini pozan şəxslər saxlanılıb

96627

Dövlət sərhəddini pozan şəxslər saxlanılıb.

Bizim.Media xəbər verir ki, sentyabr ayının 29-da saat 01:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin, Cəlilabad rayonunun Gülməmmədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd edərkən 4 (dörd) nəfər Əfqanıstan Respublikasının vətəndaşları 1993-cü il təvəllüdlü Rəşidi Abdulmunir Abdulxayum, 2002-ci il təvəllüdlü Reza Aciqzey Muhammed, 2002-ci il təvəllüdlü Tur Emran Abdulsəməd və 2003-cü il təvəllüdlü Bəxtiyar Muhammedrəsulafqan Neqmuhammad saxlanılmışlar.

Araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına, daha sonra Rusiya Federasiyasına keçməklə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilmişdir. 
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO