Azərbaycanın Rusiyadan idxal etdiyi toxumluq kartof məhsullarında çürüməyə səbəb olan orqanizm aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumatında bildirilib.
Bildirilib ki, dövlət qurumunun müfəttişləri fitosanitar nəzarət tədbirləri zamanı Rusiyadan Azərbaycana idxal olunan toxumluq kartof məhsullarından nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edib.
Müayinələr nəticəsində Dağıstanın Dərbənd rayonundan idxal olunan 20.5, Suleyman-Stalskiy rayonundan gətirilən 67 ton toxumluq kartof məhsulu partiyalarında karantin tətbiq edilən orqanizm (Kartof yumrularında halqavari bakterial çürümə (Clavibacter michiganensis subsp. Sepedonicus)) aşkar olunub.
Hazırda məhsulların məhv edilməsi, zərərsizləşdirilməsi və ya geri qaytarılmasına dair tədbirlər görülür.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:27 / 29.09.2022
Rusiyadan gətirilən kartofda BAKTERİYALAR aşkarlanıb
Hazırda oxunan: Rusiyadan gətirilən kartofda BAKTERİYALAR aşkarlanıb
Hazırda oxunan: Rusiyadan gətirilən kartofda BAKTERİYALAR aşkarlanıb
96559
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.